Bakı Slavyan Universiteti Strateji İnkişaf Planının (SİP) icrası üzrə koordinator
About this role
(BSU) Bakı Slavyan Universiteti Strategiya və Keyfiyyət təminatı şöbəsinə Strateji İnkişaf Planının (SİP) icrası üzrə koordinator vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
Universitetin Strateji İnkişaf Planının hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi prosesinin koordinasiyasını həyata keçirmək.
Strateji göstəricilər (KPI-lər) üzrə məlumatların struktur bölmələrdən toplanmasını, sistemləşdirilməsini və təhlilini təmin etmək.
İcra prosesində yaranan riskləri və gecikmələri müəyyən etmək, onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq.
Namizəd üçün tələblər:
Ali təhsil (təhsilin idarə olunması, iqtisadiyyat, layihələrin idarə olunması və ya digər uyğun ixtisaslar üzrə magistr dərəcəsinə üstünlük verilir).
Məlumatların toplanması, təhlili və nəticələr əsasında qərarvermə üçün tövsiyələrin hazırlanması bacarığı.
Güclü analitik və sistemli düşünmə qabiliyyəti.
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı.
İş qrafiki: 5 günlük iş həftəsi, 09-00 – 18-00;
Əmək haqqı: Ştat cədvəlinə uyğun.
Qeyd: Yalnız vakansiyanın və müvafiq profilin tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bakı Slavyan Universitetinin məzunlarına üstünlük veriləcəkdir. CV-lər Azərbaycan dilində, mövzu qismində “SİP-in icrası üzrə koordinator” qeyd olunaraq “[email protected]” ünvanına göndərilməlidir.
