North West Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis
About this role
Vəzifə Öhdəlikləri
Daxili və xarici su təchizatı, kanalizasiya, yağış suyu və drenaj şəbəkələrinin layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
Binadaxili və sahədaxili avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsini idarə etmək.
Su, kanalizasiya və drenaj şəbəkələri üzrə hidravlik hesablamaların aparılmasını və yoxlanılmasını təmin etmək.
Su anbarları, nasosxanalar və mühəndis-kommunikasiya qovşaqlarının texniki həllərini hazırlamaq.
Mühəndis-kommunikasiya xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik) koordinasiyasını həyata keçirmək.
Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək.
Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.
Tələblər
AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı;
texniki sənədlərin hazırlanması üçün Word və Excel.
Su-kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə hidravlik hesablamalar üzrə dərin bilik.
SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
Su təchizatı və mühəndis-kommunikasiya sistemləri (və ya su təsərrüfatı) üzrə ali texniki təhsil.
Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
Yaşayış binaları, məktəb və bağçalar, nasosxanalar, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
Vəzifənin Qısa Təsviri:
Yaşayış, qeyri-yaşayış, strateji və xüsusi təyinatlı obyektlərin su təchizatı, kanalizasiya, yağış-drenaj və yanğınsöndürmə sistemlərinin layihələndirilməsinə rəhbərlik etmək; layihələrin qüvvədə olan normativ sənədlərə uyğunluğunu və texniki keyfiyyətini təmin etmək.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Su və Kanalizasiya təchizatı üzrə layihəçi mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.

Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət…