Laliga Dining & Lounge Supervayzer
Posted 18 h ago Source ↗
Category Hospitality
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Filialın gündəlik əməliyyat fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması;
- Oyun aparatları (PlayStation, VR və digər oyun avadanlıqları), lounge sahəsi və xidmət zonalarının daim işlək və istifadəyə hazır vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Obyektdə istifadə olunan avadanlıqların (işıqlandırma, musiqi sistemi, qalyan və servis avadanlıqları) gündəlik texniki vəziyyətini izləmək və nasazlıqların operativ aradan qaldırılmasını təmin etmək;
- Müştəri sifarişlərinin operativ və düzgün icrasına, xidmət keyfiyyətinə və masaların effektiv dövriyyəsinə nəzarət etmək;
- Gündəlik kassa əməliyyatlarını, maliyyə intizamını, balans hesabatlarını və oyun saatlarının düzgün uçotunu təmin etmək;
- Sanitariya, gigiyena, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayətlərin operativ həlli və loyallığın artırılması istiqamətində tədbirlər görmək;
- Növbə üzrə işçi heyətinin (ofisiant, barmen, operator, texniki işçi və digər əməkdaşlar) iş qrafiklərini hazırlamaq və iş bölgüsünü təşkil etmək;
- İşçi heyətinin fəaliyyətini qiymətləndirmək, motivasiya etmək və məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək, xidmət standartları və daxili prosedurlar üzrə təlimlər keçirmək;
- İşçi heyətinin geyim, qruminq, davranış və daxili nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək;
- Satış, müştəri sayı, personal performansı, avadanlıqların vəziyyəti və digər əsas göstəricilər üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- Marketinq kampaniyalarının və xüsusi aksiyaların icrasında iştirak etmək, filial üzrə sosial media məzmunlarının hazırlanmasına dəstək vermək;
- Oyun vaxtlarının düzgün hesablanmasını və müştərilərə dəqiq təqdim edilməsini təmin etmək;
- Filial inventarının, mebel və aksesuarların qorunmasına, təmizliyinə və səmərəli istifadəsinə nəzarət etmək;
- İtkilərin, nasazlıqların və əməliyyat risklərinin minimuma endirilməsi istiqamətində tədbirlər görmək.
Kvalifikasiya tələbləri:
- Təhsil: Ali təhsil (İdarəetmə, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Restoran, lounge, hospitality və ya xidmət sektorunda supervayzer, növbə rəhbəri və ya oxşar idarəedici vəzifədə minimum 2 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Liderlik və komandanı idarəetmə bacarığı;
- Planlaşdırma və təşkilatçılıq bacarığı;
- Müştəri xidməti və müştəri məmnuniyyətinin idarə olunması üzrə biliklər;
- Satışların təşkili və nəticələrin artırılması bacarığı;
- Analitik düşünmə və operativ qərarvermə bacarığı;
- Problem həll etmə və nəticəyönümlü yanaşma;
- Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Restoran və lounge xidmət standartları üzrə ətraflı biliklər;
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
- Marketinq kampaniyalarının təşkili və sosial media fəaliyyətinə dəstək vermək bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
- Rus və ingilis dili bilikləri üstünlükdür.
Təklif edirik:
- Əmək haqqı: 800 AZN + servis haqqı;
- Performansa əsaslanan bonus sistemi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş qrafiki: 6 günlük iş həftəsi (tam ştat);
- Peşəkar və dinamik komandada çalışma imkanı;
- Karyera inkişafı və yüksəliş perspektivi.
Tələblərə cavab verən namizədlər "Supervayzer" başlığı ilə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
LD& 

Laliga Dining & Lounge
Mehmanxana və ictimai iaşə xidmətləri