MS My Shops MMCMy Shops MMC

Sürücü

Posted 19 h ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
13 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifələr və məsuliyyətlər:

  • Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və qaydalara uyğun idarə etmək;

  • Məhsulların anbarlardan mağazalara, müştərilərə və digər təyinat nöqtələrinə vaxtında çatdırılmasını təmin etmək;

  • Daşınan məhsulların təhvil-təslim prosesində iştirak etmək və müvafiq sənədləri təqdim etmək;

  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;

  • Avtomobilin təmiz və səliqəli saxlanılmasını təmin etmək;

  • Yol hərəkəti qaydalarına ciddi riayət etmək və təhlükəsizlik tələblərini gözləmək;

  • Yükləmə və boşaltma proseslərində zəruri hallarda dəstək göstərmək;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Tələblər:

  • Sürücü vəzifəsində minimum 1 il iş təcrübəsi;

  • B kateqoriyalı sürücülük vəsiqəsi;

  • Mexaniki sürətlər qutusu (mexanika) olan avtomobilləri sərbəst idarə etmək bacarığı;

  • Yol hərəkəti qaydalarını yaxşı bilmək;

  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;

  • Fiziki cəhətdən aktiv və məhsulların daşınması prosesində iştirak edə bilmək.

  • İş saatları və əmək şərtləri

  • Əmək haqqı:  800 man.

  • İş qrafiki: 5 günlük iş qrafiki.

  • İş yeri:  Nərimanov ray., M.Araz küçəsi (Ulduz metrosu yaxınlığı).

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

MS My Shops MMC
My Shops MMC

Similar jobs

See all