IOSC LTD Sürücü (B / BC / D kateqoriya)
About this role
IOSC LTD-dan vakansiya: Sürücü (B / BC / D kateqoriya) tələb olunur
Vəzifə öhdəlikləri:
– Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və yol hərəkəti qaydalarına uyğun idarə etmək;
– Əməkdaşların işgüzar səfərlərinin həyata keçirilməsini təmin etmək;
– Şirkətə aid sənədlərin və digər zəruri materialların təyinat ünvanlarına vaxtında çatdırılmasını təmin etmək;
– Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək və aşkar edilmiş nasazlıqlar barədə vaxtında məlumat vermək;
– Nəqliyyat vasitəsinin təmiz və saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Sürücü vəzifəsində minimum 3 il iş təcrübəsi;
– Cins: Bəy namizədlər
– B/BC/D kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
– Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq;
– Məsuliyyətli, intizamlı, punktual və diqqətli olmaq;
– D kateqoriyası şirkətə məxsus servis avtobusunu əsas sürücünün məzuniyyətdə və ya müvəqqəti işdə olmadığı dövrlərdə idarə edə bilmək üçün tələb olunur.
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 08:00-dan 17:00-kimi
– İş yeri: Qaradağ rayonu
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-900 manat NET təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
