Construction Equipment Services MMC Təchizat
Posted 15 h ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri
- Servis və istehsalat sahələrinin ehtiyaclarına uyğun ehtiyat hissələri, materiallar və yanacaq təchizatının təşkili və sahəyə vaxtında çatdırılmasının təmin edilməsi;
- Texnikalar və avadanlıqlar üçün lazım olan ehtiyat hissələrinin operativ şəkildə sifariş olunması və çatdırılmasının izlənilməsi;
- Sahə üzrə gündəlik təchizat tələblərinin müəyyən edilməsi və prioritetləşdirilməsi;
- Təchizatçılarla operativ əlaqə saxlanılması, sifarişlərin yerləşdirilməsi və çatdırılma prosesinin koordinasiyası;
- Anbar, servis və texniki heyətlə daimi əlaqədə olaraq ehtiyacların vaxtında qarşılanmasının təmin edilməsi;
- Qiymət və mövcudluq üzrə məlumatların toplanması və ən uyğun həll variantlarının təklif edilməsi;
- Təcili ehtiyacların və sahə nasazlıqlarının operativ şəkildə həll olunması üçün logistika prosesinin idarə edilməsi;
- Təchizat prosesləri üzrə sənədləşmənin düzgün aparılması və məlumatların sistemləşdirilməsi;
- Rəhbərliyə gündəlik və aylıq təchizat hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Sahədə texnikaların dayanma vaxtını minimuma endirmək üçün operativ həllərin tapılması.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Təchizat, logistika və ya sahə əməliyyatları üzrə minimum 1–2 il təcrübə;
- Ehtiyat hissələri və texniki materiallar üzrə ümumi biliklər;
- MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel);
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, dəqiq və stress altında işləmə qabiliyyəti;
- Komanda ilə koordinasiyalı işləmək bacarığı;
- Sahə (field) işlərinə uyğunlaşma və çevik hərəkət etmək bacarığı;
- Sürücülük vəsiqəsinin olması (B kateqoriyası üstünlükdür) və avtomobil idarə etmə bacarığı.
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
- Əmək haqqı: 600–800 AZN (təcrübəyə əsasən dəyişə bilər);
- Rəsmi əmək müqaviləsi;
- Məzuniyyət və bayram günləri əmək qanunvericiliyinə uyğun təmin edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
CES 

Construction Equipment Services MMC