YA
Yalama Agropark MMC

Təchizat üzrə kiçik mütəxəssis (Xaçmaz təsərrüfatı)

Xaçmaz Posted 5 h ago Source: glorri.az ↗
Monthly salary
Salary negotiable
Apply
Work mode
Full-time
Experience
career-levels.entry
Category
Logistics

About this role

Təsvir

"Yalama Agropark MMC" olaraq Xaçmaz təsərrüfatımızda təchizat komandamıza qoşulacaq, detallara diqqətli, rəqəmlərlə işləməyi sevən və inkişafa meyilli Təchizat üzrə Kiçik Mütəxəssis axtarırıq.


Bu vəzifə satınalma və təchizat zənciri (Supply Chain) sahəsində karyerasına uğurlu bir başlanğıc etmək istəyən gənc istedadlar üçün ideal fürsətdir. Siz şöbənin gündəlik əməliyyatlarına dəstək göstərəcək, təchizatçılarla ilkin kommunikasiyanı quracaq və daxili proseslərin düzgün işləməsinə öz töhfənizi verəcəksiniz. Əgər dinamik komandada öyrənməyə açıqsınızsa və analitik düşüncə tərzinə maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Tələblər

Əsas Vəzifə Öhdəlikləri:


Sorğuların İdarəedilməsi və Təhlil:

  • Daxili strukturlardan daxil olan mal və xidmətlər üzrə satınalma sorğularının (PR - Purchase Requisition) qəbulu, yoxlanılması və icraya hazırlanması.
  • Bazarın araşdırılması və potensial təchizatçılardan qiymət təkliflərinin (RFQ - Request for Quotation) toplanması.
  • Daxil olan qiymət təkliflərinin dəqiqliklə müqayisə edilməsi və rəhbərlik üçün ilkin müqayisə cədvəllərinin hazırlanması.
  • Satınalma sifarişlərinin (PO - Purchase Order) hazırlanmasına və icra prosesinin izlənməsinə birbaşa dəstək göstərilməsi.


Koordinasiya və Əməliyyatlara Dəstək:

  • Təchizatçılarla operativ yazılı (e-poçt) və şifahi (telefon) kommunikasiyanın aparılması.
  • Çatdırılma prosesinə nəzarət edilməsi və mümkün gecikmələrlə bağlı qrup rəhbərinə dərhal məlumat verilməsi.
  • Daxili sifarişçilər, mühasibatlıq və anbar şöbələri ilə işin rəvan gedişatını təmin etmək üçün mütəmadi koordinasiyanın qurulması.
  • Satınalma proseslərinin daxili prosedur və qaydalara tam uyğun şəkildə həyata keçirilməsinə nəzarət.


Sənədləşmə və Baza İdarəetməsi:

  • Təhvil-təslim, qaimə və digər sənədlərin vaxtında ödəniş üçün mühasibatlığa təqdim olunması.
  • Müqavilə sənədlərinin və satınalma fayllarının nizamlı şəkildə arxivləşdirilməsi.
  • Kateqoriyalar üzrə təchizatçı məlumat bazasının (Vendor List) mütəmadi olaraq yenilənməsi.


Namizədə dair Tələblər:


Təhsil və Baza Bilikləri:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqədar sahələr üzrə olması üstünlükdür).
  • Riyazi və Məntiqi savadlılıq: Rəqəmlərlə işləmə, sadə riyazi hesablamalar apara bilmə və analitik düşünmə qabiliyyətinin olması üstünlükdür (müqayisə cədvəllərinin tərtibi üçün mütləqdir).


Texniki və Dil Bilikləri:

  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel və Outlook) proqramlarında sərbəst işləmə bacarığı.
  • Dillər: Azərbaycan dilində səlis və savadlı (yazılı/şifahi) ünsiyyət; Rus və/və ya İngilis dillərini bilmək üstünlükdür.


Şəxsi Keyfiyyətlər və Digər Tələblər:

  • Yüksək öyrənmə həvəsi və komandada işləmə bacarığı.
  • İşgüzar yazışma aparmaq qabiliyyəti və detallara qarşı xüsusi diqqət.
  • Sürücülük vəsiqəsinin olması əlavə üstünlük kimi dəyərləndiriləcək.

Similar jobs

: