- Category
- HR
About this role
Karyerana Güclü Başlanğıcla Qur!
Gənclərin karyera inkişafına dəstək olmaq üçün yeni layihə!
Konsaltinq şirkəti olaraq əsas missiyalarımızdan biri gənc mütəxəssislərin əmək bazarına uğurlu inteqrasiyasına dəstək olmaq, onların potensialını üzə çıxarmaq və peşəkar karyeralarının ilk addımlarını etibarlı şəkildə atmalarına kömək etməkdir.
Bu məqsədlə "Karyera İnkişafı Layihəsi" çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən, avtobusların texniki xidmət və təmiri ilə məşğul olan tərəfdaş müəssisəmiz üçün Təcrübə Proqramı elan edirik.
Proqram nəzəri biliklərini real iş mühitində tətbiq etmək, peşəkar mentorlarla işləmək və gələcək karyerasını texniki idarəetmə sahəsində qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.
Təcrübə proqramını uğurla başa vuran iştirakçılar müəssisədə daimi işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Kimlər müraciət edə bilər?
2024, 2025 və 2026-cı illərdə aşağıdakı ixtisaslar üzrə ali təhsil almış və ya son kursda təhsil alan namizədlər:
- Mexanika mühəndisliyi
- Maşınqayırma mühəndisliyi
- Mexatronika mühəndisliyi
- Nəqliyyat mühəndisliyi
- Avtomobil nəqliyyatı mühəndisliyi
- Sənaye mühəndisliyi
Xüsusilə aşağıdakı ali təhsil müəssisələrinin tələbə və məzunlarını müraciət etməyə dəvət edirik:
- Azərbaycan Texnologiya Universiteti
- Gəncə Dövlət Universiteti
- Azərbaycan Dövlət Aqrar Universiteti
Seçim prosesi necə aparılacaq?
Təcrübə proqramına qəbul müsabiqə əsasında həyata keçiriləcək.
Seçim aşağıdakı mərhələlərdən ibarət olacaq:
I mərhələ – Namizədlərin ilkin qiymətləndirilməsi
- Akademik göstəricilərin təhlili;
- Universitetə qəbul nəticələri və təhsil göstəricilərinin qiymətləndirilməsi.
Qeyd: Universitetə yüksək balla qəbul olmuş və ali təhsilini yüksək akademik göstəricilərlə başa vurmuş namizədlər birbaşa seçim prosesinin növbəti mərhələsi olan test imtahanına dəvət olunacaqlar.
II mərhələ – Test imtahanı
Test aşağıdakı istiqamətləri əhatə edəcək:
- Məntiqi və analitik düşünmə;
- Problem həll etmə bacarıqları;
- Riyazi düşünmə;
- Texniki biliklər və texniki qavrama;
- Diqqət və operativ qərarvermə.
Yalnız test mərhələsində yüksək nəticə göstərən namizədlər Servis Koordinatoru Təcrübə Proqramına qəbul ediləcəklər.
Təcrübə proqramı ərzində nələri öyrənəcəksiniz?
- Servis proseslərinin planlaşdırılması və koordinasiyası;
- Təmir sifarişlərinin idarə olunması;
- Texniki sənədlərlə işləmək;
- Ehtiyat hissələrinin hərəkətinə nəzarət;
- Hesabatların hazırlanması;
- Müasir texniki xidmət proseslərinin təşkili.
Biz sizə nə təklif edirik?
- Peşəkar mentorların dəstəyi ilə praktiki öyrənmə imkanı;
- Real istehsalat və servis mühitində iş təcrübəsi;
- Peşəkar bilik və bacarıqların inkişafı;
- Uğurlu iştirakçılar üçün daimi iş perspektivi;
- Uzunmüddətli karyera inkişafı və yüksəliş imkanları.
İş yeri: Gəncə şəhəri
CV-nizi və akademik göstəricilərinizi (mövcud olduqda diplom əlavəsi və ya transkript) "Servis Koordinatoru Təcrübə Proqramı" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərin: