C City Group MMCCity Group MMC

Təcrübəçi

Bakı Posted 1 h ago Source
Finance
Monthly salary
₼200+
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiyanın təsviri

Təcrübə haqqında:

City Group İnzibati, HR, Maliyyə, Marketinq və Hüquq sahəsi üzrə 2 aylıq təcrübə proqramını elan edir. Proqram məzunlar, həmçinin tələbələr üçün nəzərdə tutulmuşdur. Təcrübə müddəti gündəlik 4 saat olmaqla əyani təhsil alan tələbələr üçün uyğundur. Yalnız müsahibə mərhələsində məqbul hesab edilən namizədlər təcrübə proqramına cəlb ediləcək.Proqramı uğurla keçən namizədlərə müvafiq sertifikat veriləcək, həmçinin təcrübə müddətində seçilən təcrübəçilərin 2 aylıq müddətin sonunda təcrübə keçdiyi sahə üzrə işə qəbul edilməsi nəzərdən keçiriləcəkdir.

  • Bakı şəhərində növbəti 2 ay ərzində, gündəlik 4 saatdan artıq olmayaraq təcrübədə iştirak etmək imkanı;
  • İnzibati, HR, Maliyyə, Marketinq və Hüquq üzrə işlərin icra edilməsində mütəxəssislərə kömək etmək və ya mütəxəssislərin nəzarətində müstəqil olaraq həmin işləri icra etmək.
  • Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Caspian plaza (Nizami metrosu yaxınlığı)

Xüsusi tələblər

  • İnzibati, HR, Maliyyə, Marketinq və Hüquq sahəsi üzrə karyera qurmaq istəyi;
  • Kompüterdən elementar istifadə bacarığı;
  • Ali və ya kollec təhsilli məzun və ya müvafiq ali təhsil sahələri üzrə tələbə.

Müraciət etmək üçün: [email protected]
C City Group MMC
City Group MMC

Similar jobs

See all