BC
Monthly salary
Salary negotiable
- Category
- Engineering
About this role
Vəzifənin məqsədi
- Layihələrin sahədə icrasının izlənməsi, sahə komandası ilə koordinasiya və texniki sənədləşdirmə proseslərində dəstək göstərmək.
Vəzifə öhdəlikləri
- Sahədə görülən işlərin layihə və çertyojlara uyğunluğunu izləmək
- Ölçü götürülməsi və iş həcmlərinin qeydiyyatında iştirak etmək
- Gündəlik və həftəlik hesabatların hazırlanmasına dəstək olmaq
- Materialların qəbul və sərfiyyat proseslərini izləmək
- Texniki sənədlərin və iş jurnallarının hazırlanmasına kömək etmək
- Sahə rəhbəri və layihə komandasının verdiyi tapşırıqları yerinə yetirmək
Tələblər
- İnşaat mühəndisliyi üzrə bakalavr məzunu və ya magistratura tələbəsi
- AutoCAD proqramı üzrə ilkin biliklər
- Texniki çertyojları oxumaq bacarığı
- Məsuliyyətli, öyrənməyə həvəsli və komandada işləmə bacarığı
- Tam iş qrafikində (Full-time) işləmək imkanı
Üstünlükdür
- Tikinti sahəsində təcrübə və ya təcrübə proqramlarında iştirak
- MS Office proqramlarından istifadə bacarığı
- Revit və ya digər mühəndislik proqramları üzrə ilkin biliklər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.