Smartset Consulting Təcrübəçi Mühasib
Work mode Full-time Experience No experience Category Finance
About this role
İş barədə məlumat:
Mühasibatlıq sahəsində karyerasına başlamaq istəyən, öyrənməyə həvəsli və məsuliyyətli gənclər üçün təcrübə proqramı elan edilir. Təcrübə müddətində namizədə müasir mühasibatlığın əsasları praktiki şəkildə öyrədiləcəkdir.
Vəzifə öhdəlikləri (Tədris olunacaq):
- Əmək haqqının hesablanması və ödəniş qaydalarının öyrənilməsi;
- Vergi və DSMF hesabatlarının hazırlanması prosesində iştirak;
- ƏDV depozit hesabı və şəxsi hesab vərəqələri ilə işləmə bacarığı;
- Əsas vəsaitlərin uçotunun aparılması qaydaları;
- Debitor və kreditorlarla üzləşmələrin həyata keçirilməsi;
- Mühasibat uçotu hesablarında səhvlərin aşkarlanması və düzəldilməsi;
- Rəhbərliyin digər tapşırıqlarının icrası.
- Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılması qaydalarının öyrənilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq ,İqtisadiyyat və ya digər əlaqəli sahələrdə təhsil alan və ya yeni bitirmiş);
- MS Office proqramları (xüsusilə Excel) ilə ilkin səviyyədə işləmə bacarığı;
- Detallara qarşı diqqətli və məsuliyyətli;
- Komandada işləmək və yeni biliklərə sürətlə yiyələnmək həvəsi.
İş şəraiti:
- Peşəkar mühitdə real iş təcrübəsi qazanmaq imkanı;
- Təcrübə müddəti zamanı seçilmiş namizədə hər ay üçün ödəniş ediləcək
- İş qrafiki: [Həftə içi 5 gün].
Uyğun Namizədlər CV-lərini [email protected] ünvanına göndərsin

Smartset Consulting