H
- Category
- Education
About this role
Handex komandamıza tədris proseslərinin koordinasiyası və inzibati əməliyyatların idarə olunması üzrə məsuliyyətli və təşkilatçılıq bacarıqları yüksək olan əməkdaş axtarırıq.
Əsas vəzifələr
- Təlim qruplarının yaradılması, təlim cədvəllərinin hazırlanması və koordinasiyası;
- Təlimçilər və iştirakçılarla operativ kommunikasiya prosesinin idarə olunması;
- Davamiyyət, qiymətləndirmə və təlim nəticələrinin izlənilməsi;
- İmtahan və sertifikatlaşdırma proseslərinin təşkili;
- Təlim materiallarının, sistem girişlərinin və daxili platformaların idarə olunması;
- Korporativ və xüsusi təyinatlı təlim proqramlarının inzibati koordinasiyası;
- Daxili sistemlərdə məlumatların yenilənməsi və sənədlərin arxivləşdirilməsi.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların həyata keçirilməsi.
Tələblər
- Ali təhsil
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək təşkilatçılıq, planlama və vaxtın idarə olunması bacarığı;
- Analitik düşüncə və detallara diqqət;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Komanda ilə effektiv işləmək bacarığı.
Biz təklif edirik
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Karyera inkişafı və öyrənmə imkanları;
- Dinamik və innovativ komandada çalışma fürsəti;
- Təhsil və inkişaf sahəsində dəyər yaradan layihələrdə iştirak imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.