Təhlükəsizlik departamentinin Aparıcı Mütəxəssisi (Ştat)
Work mode Full-time Experience 1–3 years Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Data mərkəzində təhlükəsizlik və əməliyyat prosedurlarına riayət olunmasını təmin etmək, onların icrasına nəzarət etmək və təşkilatın siyasət və prosedurlarının normativ tələblərə uyğunluğunu qorumaq.
- Sığorta hadisələri zamanı şirkətin maraqlarını qorumaq və araşdırma prosesinə ümumi nəzarəti həyata keçirməklə sığorta idarəetməsini təmin etmək; dövlət qurumları və diqər üçüncü tərəflər münasibətləri tənzimləmək və idarə etmək.
- Radio baza stansiyaları və digər kritik infrastruktur obyektlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə potensial əməliyyat risklərini, zəif nöqtələri və dayanıqlığa təsir edən faktorları proaktiv şəkildə müəyyən etmək.
- Data mərkəzi mühitində daxili əməkdaşların və podratçıların fəaliyyətinə nəzarət etmək, təhlükəsizliyin, hesabatlılığın və müəyyən edilmiş standartlara riayət olunmasını təmin etmək.
- Auditləri, yoxlamaları və uyğunluq icmallarını idarə etmək və dəstəkləmək, sənaye üzrə ən yaxşı təcrübələrə və normativ tələblərə uyğunluğu təmin etmək.
- ERM (Enterprise Risk Management) və BCM komandaları ilə birlikdə əməliyyat davamlılığı çərçivələrini hazırlamaq və idarə etmək, infrastrukturun hazırlıq səviyyəsini və təşkilatın risk iştahına uyğunluğunu təmin etmək.
- Təhlükəsizlik və mühitə nəzarət sistemlərinin (CCTV, girişə nəzarət, yanğın təhlükəsizliyi, su sızması, rütubət və temperatur nəzarəti platformaları) optimallaşdırılmasını və vaxtında servis olunmasını təmin etmək.
- CCTV, girişə nəzarət, yanğınsöndürmə və digər siqnalizasiya sistemləri üçün monitorinq panelləri, “health check” prosesləri və avtomatlaşdırılmış xəbərdarlıqlar tətbiq edərək infrastrukturun davamlılığını təmin etmək.
- Ehtiyat nüsxə və bərpa strategiyalarının hazırlanmasına və inkişafına nəzarət etmək, bərpa prosedurlarının sınaqlarını və dəstəkləyici infrastrukturun etibarlılığını yoxlamaq.
Xüsusi tələblər
- Telekommunikasiya mühəndisliyi, İnformasiya Texnologiyaları, Təhlükəsizlik İdarəçiliyi və Audit və ya oxşar sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
- CompTIA Network+, Security+, ITIL Practitioner, PMP, CCNA, ISO 22301 lead auditor və ya oxşar beynəlxalq sertifikatlar üstünlük hesab edilir.
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir.
- İT və ya təhlükəsizlik həllərinin inteqrasiyası və IT layihələrdə aparıcı mütəxəssis kimi ən azı 2 il təcrübə.
- Insidentlərin idarəedilməsi, əməliyyat risklərinin qiymətləndirilməsi və ya böhranların idarə olunması üzrə təcrübə üstünlük hesab edilir.
- DCIM ilə tanışlıq və data mərkəzi infrastrukturu (enerji, soyutma, yanğın təhlükəsizliyi, şəbəkə) haqqında dərin bilik.
- Analitik düşüncə tərzi və mürəkkəb vəziyyətləri sürətlə qiymətləndirib operativ reaksiya vermək bacarığı.
- Yaxşı təşkilati və layihə idarəetmə bacarıqları, sənədləşmə (prosedurlar, hesabatlar, incident qeydləri) təcrübəsi.
- Çoxşaxəli komandalarla əməkdaşlıq etmək və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı.
- Öyrənməyə, dəyişikliklərə uyğunlaşmağa və artan məsuliyyət daşıyan rola inkişaf etməyə hazırlıq.
A 
Azercell