ASG Business AviationASG Business Aviation

Təhlükəsizlik üzrə nəzarətçi-qadın

Posted 2 h ago Source
Logistics
Monthly salary
Salary negotiable
Application deadline
1 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

ASG Business Aviation şirkəti Təhlükəsizlik üzrə nəzarətçi (yalnız Xanım namizədlər) vəzifəsi üzrə işçi axtarır.

Vəzifə borcları:

  • Təlimata uyğun olaraq tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində təhlükəsizliyini təmin etmək.

  • Nəzarətində olan postu heç bir səbəbdən boş buraxmamaq.

  • Hadisələrə qarşı diqqətli və məsuliyyətli davranmaq.

  • Baş verən hər bir hadisə barədə birbaşa rəhbəri mütəmadi olaraq məlumatlandırmaq.

  • Ətraf ərazilərin qorunmasını təmin etmək və kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq.

  • Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təhlükəsiz təxliyyəsini təşkil etmək.

  • Kamera vasitəsilə ərazinin giriş-çıxışına nəzarət etmək.

  • Qonaqların qəbulu və yola salınmasını qeydiyyat jurnalında düzgün şəkildə qeydə almaq.

Tələblər:

  • Təhsil: Tam orta təhsil

  • Yaş: 23–43

  • Boy tələbi: xanım namizədlər- min. 1.65 m;

  • Fiziki cəhətdən sağlam olmaq.

  • Təhlükəsizlik və ya mühafizə sahəsində iş təcrübəsi.

  • Dil biliyi tələb olunmur (olması – üstünlükdür).

  • İş Qrafiki: Növbəli - səhər növbəsi 08:00–20:00, növbəti gün gecə növbəsi 20:00–08:00, sonra 2 gün istirahət.

İş Şərtləri:

  • Iş yeri – Heydər Əliyev Beynəlxalq Aeroportu

  • Əmək haqqı: 800 AZN NET

  • Nahar ilə təmin olunma

  • Nəqliyyat: Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir.

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tənzimlənir.

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə “Təhlükəsizlik üzrə nəzarətçi (Xanım namizəd) ” [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

ASG Business Aviation
ASG Business Aviation

Similar jobs

See all