PA
- Category
- Logistics
About this role
Satış sahəsində inkişaf etmək, iri müştərilərlə işləmək və gəlirinizə birbaşa təsir etmək istəyirsinizsə, komandamıza qoşulun!
Vəzifə öhdəlikləri:
- Ağır texnika və xüsusi texnika üzrə müştərilərə telefon vasitəsilə məsləhət vermək
- Daxil olan müraciətləri qəbul etmək və emal etmək
- Mövcud müştəri bazası ilə işləmək və yeni müştərilərlə əlaqə yaratmaq
- Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun həllər təklif etmək
- Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin müşayiət olunması
- CRM sistemində məlumatların qeydiyyatını və hesabatların aparılmasını təmin etmək
- Satış planının icrasını təmin etmək və yüksək nəticələr əldə etmək
Tələblər:
- Telefon satışları və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
- Müştərilərlə effektiv ünsiyyət və münasibət qurmaq bacarığı
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Nəticəyönümlü və yüksək gəlir əldə etməyə motivasiyalı olmaq
- Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq
- CRM sistemləri ilə işləmək bacarığı.
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək
- Ağır texnika, avtomobil, sənaye avadanlıqları və ya əlaqəli sahədə təcrübə üstünlük hesab olunur
Şirkət təklif edir:
- Sabit əmək haqqı və aylıq bonus sistemi
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Mobil rabitə xərcləri şirkət tərəfindən qarşılanır.
- Peşəkar və karyera inkişafı imkanları
- Məhsul üzrə təlim və adaptasiya dövründə dəstək
- Stabil və inkişaf edən şirkətdə çalışma imkanı
- Peşəkar və mehriban kollektiv
Əmək haqqı: 1200 AZN-dən başlayaraq (sabit əmək haqqı + satış nəticələrinə əsasən bonuslar)
İş qrafiki: 5/2, saat 09:00 – 18:00
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq mövzu hissəsinə “Telesatış” qeyd edib göndərmələri xahiş olunur.