AS Araz Supermarket MMCAraz Supermarket MMC

Təlim üzrə mütəxəssis

Posted 12 h ago Source
Design
Monthly salary
Salary negotiable
Application deadline
27 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə funksiyaları

  • Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərini həyata keçirmək
  • Təlim ehtiyacları və təhlilləri əsasında təlim və məlumat xarakterli materialların hazırlanmasını və vaxtaşırı yenilənməsini həyata keçirmək
  • Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasında iştirak etmək
  • Keçirilən təlimlərin dəyərləndirilməsi üçün qiymətləndirmə sorğularının təşkil etmək və məlumatların təhlilini həyata keçirmək
  • Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq
  • Həvalə edilmiş proqramların reallaşdırılmasını və proqramdaxili tələblərin yerinə yetirilməsini həyata keçirmək
  • Təlim ehtiyaclarının xarici mənbələrdən qarşılanması üçün araşdırmalar aparılmasını və nəticələri barədə birbaşa rəhbərin məlumatlandırılmasını həyata keçirmək
  • Təlim və öyrədici vəsaitlərin dizayn edilməsini həyata keçirmək
  • Təlimlərin qabiliyyət əsaslı dövri nəticələrinin qiymətləndirilməsində iştirak etmək
  • İşçilərin karyera planlama sistemi barədə məlumatlandırılmasını və planlamaya uyğun icra edilməsini həyata keçirmək
  • Şirkət üzrə illik təlim ehtiyaclarının analizinin aparılmasını həyata keçirmək                                                                                          
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil ( Biznesin idarə edilməsi, İnsan Resurslarının İdarə Edilməsi, Sosiologiya və ya psixologiya ixtisasları üzrə arzuolunandır)
  • Təcrübə: Sahə üzrə 1-1.5 il iş təcrübəsi
  • Bacarıqlar: MS Excel, Power Point, Canva-da iş bacarığı (minimum orta səviyyədə bilməlidir)
  • Şəxsi bacarıqlar: ünsiyyətcil, yaradıcı, yüksək təqdimat bacarığı, təşkilatçılığı bacarmalı, detallara diqqətli, araşdırmağa həvəsli olmalı, yeniləklərə açıq olmalı,məsuliyyətli.
  • Dil bilikləri: ingilis dili (ən azı sənədləşmə və beynəlxalq metodologiyaları/materialları araşdırıb daxilə adaptasiya edə biləcək səviyyədə)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AS Araz Supermarket MMC
Araz Supermarket MMC

Similar jobs

See all