OM OBA Market MMCOBA Market MMC

Təlim və inkişaf üzrə aparıcı mütəxəssis

Bakı Posted 17 h ago Source
Full-time HR
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

Təlim ehtiyaclarının müəyyən edilməsi üçün struktur bölmələrlə əməkdaşlıq etmək.

Daxili və xarici təlim proqramlarını planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək.

Təlim materialları, təqdimatları hazırlamaq.

Təlim büdcəsinin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək.

Təlim provayderlərinin seçilməsi və qiymətləndirilməsində iştirak etmək.

Təlimlərin effektivliyini ölçmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək.

Yeni işçilərin adaptasiya (Onboarding) proqramlarının hazırlanması və koordinasiyasını həyata keçirmək.

Liderlik, istedadların idarə olunması və varislik (Succession Planning) proqramlarının hazırlanmasında iştirak etmək.

Şirkətin korporativ öyrənmə mədəniyyətinin inkişafına töhfə vermək.


İş qrafiki:


5 gün, 09:00-18:00

Tələblər

Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment, Psixologiya, Pedaqogika və ya digər uyğun ixtisaslar üzrə).

Təlim və inkişaf sahəsində minimum 2- 3il iş təcrübəsi.

Texniki biliklər: MS Office ( Yüksək səviyyədə Excel biliyi)

Təlim proqramlarının hazırlanması, təşkili və qiymətləndirilməsi sahəsində praktiki təcrübə.

Rəqəmsal təlim platformaları və e-learning həlləri ilə iş təcrübəsi.

Layihələrin idarə edilməsi və müxtəlif funksional komandalarla işləmək təcrübəsi

Analitik düşünmə və məlumatların təhlili bacarığı.

Planlaşdırma və təşkilatçılıq bacarığı.

Təşəbbüskarlıq və nəticəyönümlülük.

OM OBA Market MMC
OBA Market MMC

“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə…

Similar jobs

See all
Apply