AŞQ
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Experience
- career-levels.prof
- Category
- Engineering
About this role
Təsvir
AQA Şirkətlər Qrupu "Təmir-tikinti işləri üzrə menecer" vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Təmir və yenidənqurma işlərinin gündəlik gedişatına nəzarət etmək;
- Usta və podratçı briqadaların işini koordinasiya etmək;
- Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- İşlərin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarət etmək;
- Təmir işlərində istifadə olunan materialların qəbulunu və sərfiyyatını izləmək;
- Elektrik, santexnika, havalandırma, alçıpan, boya və digər təmir işlərinin düzgün icrasına nəzarət etmək;
- Obyektlərdə yaranan texniki problemlərin operativ həllini təşkil etmək;
- İş sahəsində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- Təmir işlərinin gedişi barədə rəhbərliyə mütəmadi məlumat vermək;
- Tamamlanmış işlərin qəbulunda iştirak etmək və çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.
Tələblər
- İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Təmir, tikinti və ya fit-out sahəsində minimum 3 il iş təcrübəsi;
- AutoCAD proqramında işləmək, çertyojları oxumaq və düzəlişlər etmək bacarığı;
- Mebel istehsalı və quraşdırılması prosesləri barədə biliklər;
- Tikinti materialları və təmir texnologiyaları üzrə biliklər;
- MS Office proqramlarında işləmək bacarığı;
- Smeta hazırlanması;
- Məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarığı
- Yaş həddi: 25-35
Əlavə məlumat:
- İş qrafiki: Həftənin 6 günü (bazar ertəsi–cümə tam iş günü, şənbə qısaldılmış iş günü), bazar günü istirahət.
- Əmək haqqı: 1800-2000 AZN net