SBR Sea Breeze Resort & ResidencesSea Breeze Resort & Residences

Tender üzrə mütəxəssis

Bakı Posted 5 h ago Source
Full-time 3–5 years Logistics
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiyanın təsviri

  • Tenderlərin monitorinqi və təhlili
  • Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;
  • Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;
  • Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.
  • Tender sənədlərinin hazırlanması
  • Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;
  • İştirak üçün tələb olunan hüquqi, maliyyə və inzibati sənədləri toplamaq və hazırlamaq;
  • Texniki və kommersiya təkliflərini aidiyyəti şöbələrlə birlikdə hazırlamaq;
  • Sənədləri elektron imza ilə təsdiq edərək müvafiq platformalara vaxtında təqdim etmək.
  • Koordinasiya və kommunikasiya
  • Texniki, maliyyə, satınalma və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;
  • Tender təşkilatçıları ilə rəsmi yazışmaları aparmaq və sorğuları cavablandırmaq;
  • Tender iştirak təminatı və bank qarantiyalarının alınması prosesini koordinasiya etmək.
  • Müqavilələrin idarə olunması və hesabatlılıq
  • Tender nəticələrini izləmək və təhlil etmək;
  • Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;
  • Tender sənədlərinin arxivləşdirilməsini təmin etmək və dövri hesabatlar hazırlamaq.

Xüsusi tələblər

  • Ali təhsil (hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və ya digər uyğun ixtisaslar üstünlükdür);
  • Tikinti sahəsində tender üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma prosedurları üzrə biliklər;
  • Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;
  • Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;
  • etender.gov.az portalı və elektron imzadan sərbəst istifadə bacarığı;
  • SAP, Ariba və digər elektron satınalma platformalarında iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;
  • Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;
  • Bank qarantiyaları və tender təminatları ilə iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis və rus dillərini bilmək üstünlükdür;
  • Analitik düşüncə, məsuliyyət, diqqətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
SBR Sea Breeze Resort & Residences
Sea Breeze Resort & Residences
Mehmanxana və ictimai iaşə xidmətləri

Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və…

Similar jobs

See all