Test Üzrə Mühəndis - QA Engineer (IT/Outstaff)
Work mode Full-time Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Testlərin yazılması, nəzərdən keçirilməsi və müxtəlif test növlərinin həyata keçirilməsi (məsələn, Uyğunluq, Funksional, Qeyri-Funksional və s.);
- Avtomatlaşdırılmış testlərin layihələndirilməsi və icrası;
- Müvafiq test üsulu ilə proqram təminatı relizlərinin tələblərə uyğun olaraq test edilməsi;
- Bir neçə konfiqurasiyalarda yeni və mövcud məhsullar üçün reqressiya testi;
- Keyfiyyət boşluqlarının müəyyən edilməsi, test skriptlərinin yaradılması, fərdi testlərinin həyata keçirilməsi, test məlumatlarının toplanılması və proqram səhvləri olduğu zaman əlavə məlumatlarının əldə edilməsi.
Xüsusi tələblər
- Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi
Təcrübə:
- Java və ya Python üzrə ən azı 1(bir) il praktiki təcrübə
- Tətbiqi proqramların test edilməsi üzrə 1 (bir) illik praktiki təcrübə
Dil bilikləri:
- Azərbaycan dili – səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili - yuxarı səviyyə, Rus dili - arzu olunandır.
Arzu olunan Bacarıqlar:
- Avtomatlaşdırılma üçün nəzərdə tutulan test alətlərində təcrübə (Selenium Webdriver, Postman, SOAPUI-ReadyAPI);
- Funksionallıq, etibarlılıq və performans baxımından API testində çox yaxşı bilik və təcrübə;
- Test üsulları, test alətləri və test texnologiyaları sahəsində əhəmiyyətli təcrübə;
- Reqressiya, Sistem, Stress testləri kimi həm funksional, həm də qeyri-funksional testlərlə təcrübə;
- Unix/Linux ilə işləmək bacarığı;
- SQL üzrə güclü texniki təcrübə.
Üstünlük kimi nəzərə alınacaq:
- ISTQB/CTFL sertifikatı;
- Mobil proqramların sınaqdan keçirilməsi üzrə biliklər (İOS və/və ya Android)
- Daima inkişaf etmək təşəbbüsünün olması;
- Tənqidi mühakimə qabilyyəti;
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Açıq fikirli və pozitiv münasibət;
- Qərarvermə qabiliyyəti
Azercell