LE
Landau Education Group
Texniki dəstək üzrə kiçik mütəxəssis (Simurq Liseyi)
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Category
- IT
About this role
Təsvir
- Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlarının ilkin texniki dəstəyinin göstərilməsi, təmiri və davamlı fəaliyyətinin təmin edilməsi;
- Satınalınmış yeni avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması, konfiqurasiyası və istismara verilməsi;
- Avadanlıqların diaqnostikasının aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi;
- Şəbəkə printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer, faks və surətçıxaran aparatlara texniki xidmətin göstərilməsi;
- İşçi stansiyalarının, müxtəlif lokasiyalarda istismarda olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi;
- İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu, Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində həlli;
- Müəssisəyə aid lokasiyalarda istifadəçi problemlərinin yerində və ya şirkət daxili istismar olunan remote access (uzaqdan qoşulma) vasitəsilə məsafədən operativ həlli;
- Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook, Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi;
- Həlli əlavə ekspertiza tələb edən mürəkkəb problemlərin sistem inzibatçıları və ya aidiyyatı əməkdaşlara eskalasiya edilməsi.
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali ixtisas təhsili;
- Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
- Təcrübə proqramlarında, könüllü layihələrdə və ya laborator mühitlərdə əldə olunmuş praktiki təcrübə (üstünlükdür).
- Azərbaycan dili yüksək səviyyədə, ingilis dili texniki sənədləri oxuma və anlama bacarığı arzuolunandır, rus dili arzuolunandır;
- Windows 10 və Windows 11 əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli;
- Microsoft Office və Microsoft Outlook proqramları ilə işləmə və problemlərin həlli bilikləri;
- TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə ilkin bilikləri;
- LAN və Wi-Fi problemlərinin diaqnostikası, həmçinin əsas diaqnostika alətlərindən istifadə bacarığı;
- Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür ( CompTIA A+ / CompTIA Network+ , Microsoft 365 Fundamentals (MS-900) / Azure Fundamentals (AZ-900).
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.