Texniki dəstək üzrə mütəxəssis (Bakı, Naxçıvan, Ucar, Ağcabədi, Ağdaş üzrə)
About this role
Vəzifə öhdəlikləri:
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqların proqram təminatı üzrə texniki xidmətin göstərilməsi;
İKT avadanlıqların işlək vəziyyətinin qorunması üçün monitorinq, diaqnostika və profilaktika işlərinin aparılması;
Yeni İKT avadanlıqların quraşdırılması, sazlanması və qeydiyyatı;
İKT avadanlığın sıradan çıxmış hissələrinin qeydiyyatı və dəyişdirilməsi;
Lokal şəbəkənin işlək vəziyyətdə saxlanılması üçün işlərin görülməsi;
Daxil olmuş müraciətlərin və tapşırıqların razılaşdırılmış vaxta uyğun icrası;
Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması;
Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər.
Namizədə verilən tələblər:
ali və ya texniki təhsil;
müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
kommunikasiya bacarığı;
məsuliyyətlilik.
İş şəraiti
İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: Müsahibə vaxtı müəyyən ediləcək.
CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını “Texniki dəstək üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.