Texniki Servis mühəndisi
About this role
Vəzifə öhdəlikləri:
Servisə daxil olan avadanlıqların zəmanət və fiziki vəziyyətini yoxlamaq, qiymətləri razılaşdırmaq, təmirini və istismarı;
Avadanlıqlarda yaranan hardware və software nasazlıqlarının müəyyən edilməsi və təmir edərək aradan qaldırılması;
IT və POS sistemlərinin və əlaqəli proqram təminatlarının quraşdırılması, sazlanması və texniki dəstəyi;
Əməliyyat sistemlərinin (Windows və s) yüklənməsi və konfiqurasiyası;
Avadanlıqların profilaktik texniki baxışının aparılması və işlək vəziyyətdə saxlanılması;
Təmirdən sonra avadanlıqların test edilməsi və tam işlək vəziyyətdə təhvil verilməsi;
Lokal şəbəkə bağlantılarının (LAN, Wi-Fi) əsas səviyyədə sazlanması və problemlərin həlli;
Müştəri müraciətlərinin yerində və ya servis mərkəzində operativ icrası;
Görülmüş işlər üzrə texniki qeydlərin və hesabatların aparılması və aylıq hesabatlar hazırlamaq;
Ehtiyat hissələrinin düzgün istifadəsi və texniki inventara nəzarət. Yaranmış əskikliklərin öncədən sifarişi;
Yeni IT avadanlıqları və texnologiyalar üzrə biliklərin daim yenilənməsi.
Tələb olunan bilik və bacarıqlar:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Yaş: 24–40;
Ali təhsil;
Azərbaycan və rus dili (ingilis dili üstünlükdür);
MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
Problemləri tez həll etmək və eskalasiya mexanizmlərini idarə etmək bacarığı;
Analitik düşüncə;
Elektronika avadanlıq və proqram təminatı sistemləri haqqında əsas anlayış;
İş şəraiti:
İş yeri: Əhməd Rəcəbli 31/5, Nərimanov, Bakı;
5 günlük iş qrafiki (09:00-dan 18:00-dək);
Korporativ nömrə;
Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə;
Əmək haqqı - 700 Azn + bonus;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Texniki Servis mühəndisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.