Supertoys TikTok Komanda Koordinatoru
About this role
Supertoys komandamıza TikTok kontent proseslərini, yaradıcı komandanın iş axınını və kontentlərin icrasını koordinasiya edə biləcək TikTok Komanda Koordinatoru axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
TikTok kontent komandasının gündəlik iş prosesini koordinasiya etmək;
Kontent planlarının hazırlanması və icrasına nəzarət etmək;
Kontent yaradıcıları iş bölgüsünü təmin etmək;
Kontentlərdə iştirak;
Çəkiliş planlarını hazırlamaq, çəkiliş proseslərinin vaxtında və effektiv həyata keçirilməsini təşkil etmək;
Kontent ideyalarının toplanması, inkişaf etdirilməsi və icrasına nəzarət etmək;
Trend mövzuları, viral formatları, rəqib səhifələri və bazar yeniliklərini analiz etmək;
Hazırlanan videoların brend standartlarına və kontent strategiyasına uyğunluğunu yoxlamaq;
TikTok paylaşım təqvimini idarə etmək;
Paylaşımların nəticələrini analiz etmək və inkişaf təklifləri hazırlamaq;
Kontent performansı və səhifələr üzrə həftəlik/aylıq hesabatlar hazırlamaq;
Məhsulların TikTok kontentlərində düzgün təqdim olunmasını təmin etmək.
TikTok canlı yayımlarının planlanması, koordinasiyası və icrasına nəzarət etmək;
Tələblər:
Yaş: 22-35
TikTok platformasının kontent yaradılması, paylaşım mexanikası və performans analizləri üzrə peşəkar səviyyədə bilik və təcrübə;
Video çəkiliş və montaj prosesləri üzrə əsas bilik və praktiki anlayışa malik olmaq;
Komanda idarəetməsi və koordinasiya bacarığı;
Kreativ düşüncə və ideya yaratmaq qabiliyyəti;
Analitik düşüncə və nəticə yönümlü yanaşma;
Təklif edilən şərtlər:
İş qrafiki: Tam iş günü
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Karyerada yüksəlmək imkanı
Əmək haqqı: 900 AZN+Bonus
Müraciət qaydası:
Mövzu hissəsində “TikTok Komanda Koordinatoru” qeyd edərək şəkilli CV-nizi [email protected] ünvanına göndərin.
Əlaqə: 055-220-23-72 (whatsapp)

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…