K KAANKAAN

Topdansatış nümayəndəsi

Posted 14 h ago Source
Customer Service
Monthly salary
₼800+
Application deadline
6 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Satış sahəsində minimum 3-5 il iş təcrübəsi (əsasən topdansatış) (avtomobil sektorunda müştəri bazası olan namizədlərə üstünlük veriləcək);
  • Məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, bir sıra tapşırıqları parallel həll etmə bacarığı
  • Diqqətli və məsuliyyətli olmaq,
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları (əsasən Excel)
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, türk və rus dilləri üstünlükdür;
  • Müştəri portfeli olan namizədlərə üstünlük verilir
  • Şəxsi avtomobilin olması
  • Yaş: 24-35;

İş barədə məlumat: 

  • Müştəri bazasının formalaşdırılması, mövcud və yeni müştərilərlə əlaqələrin qurulması 
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
  • Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli münasibətlərin yaradılmasını təmin etmək;
  • Müştəri bazasını genişləndirmək.
  • Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması;
  • Şöbə üzrə iş effektivliyinin artırılması üçün proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
  • Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək

İş şəraiti:

  • İş vaxtı: 6 günlük (bazar ertəsi – cümə 09:00 - 17:00 dək, şənbə 09:00 - 14:00 dək;
  • Əmək haqqı 800-1000 azn  (satışın nəticələrinə əsasən bonuslar təyin edilir);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq limiti;
  • Ünvan: Babək pr. 2222, “KAAN” şirkəti.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Topdansatış nümayəndəsi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Similar jobs

See all
Apply