CC
- Category
- Engineering
About this role
Vəzifə Öhdəlikləri:
- Cəmiyyətdə müxtəlif miqyaslı topoqrafik xəritələrin və planların tərtibatı və yenilənməsi üzrə sahə (çöl) və kameral işləri həyata keçirmək;
- Topoqrafik xəritələr və planlar əsasında müxtəlif miqyaslı xəritələrin tərtibatı işlərini yerinə yetirmək;
- Relyef, obyektlərin yerləşməsi və digər coğrafi xüsusiyyətlər üzrə ərazilərin topoqrafik tədqiqatını yerinə yetirmək;
- Ərazi üzərində geodeziya cihazları vasitəsilə ölçmə işlərini aparmaq və nəticələri sənədləşdirmək;
- Xəritə və planların nəşrə hazırlanması çərçivəsində cizgi və qaydaya salma işlərini həyata keçirmək;
- Çöl işlərinin nəticələrinə əsasən plan və xəritələrin tərtibində, onların rəqəmsal formada işlənməsində iştirak etmək;
- Müasir topoqrafik avadanlıqlardan (GPS, total stansiya, səviyyəölçən və s.) istifadə edərək yüksək dəqiqlikli ölçmələri həyata keçirmək;
- İstifadə olunan cihaz və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və düzgün işləməsini təmin etmək;
- Yerli və beynəlxalq norma və standartlara uyğun topoqrafik məlumatların emalını və analizini həyata keçirmək;
- Tərtib edilmiş xəritə və planların texniki cizgilərə uyğunluğunu yoxlamaq və keyfiyyətini təmin etmək;
- Topoqrafik məlumatların arxivləşdirilməsi, saxlanması və ehtiyac olduqda yenilənməsini həyata keçirmək;
- Tikinti və layihələndirmə işlərində layihənin topoqrafik əsaslarının hazırlanmasında iştirak etmək;
- Ərazi planlaşdırılması, infrastruktur layihələri və digər mühəndis-geodeziya işlərində iştirak etmək;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Topoqrafiya, geodeziya və xəritəçəkmə sahəsində minimum 2 il iş təcrübəsi.
- Geodeziya cihazları ilə (GPS, Total Station, Nivelir və s.) işləmək bacarığı.
- AutoCAD, Civil 3D və digər aidiyyəti proqramlarda işləmə bacarığı.
- Topoqrafik planların hazırlanması və oxunması üzrə biliklər.
- Ölçmə nəticələrinin emalı və hesabatların hazırlanması bacarığı.
- Tikinti və layihələndirmə sahəsində normativ sənədlər haqqında məlumatlılıq.
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.
- Komandada və müstəqil işləmək bacarığı
İş şəraiti:
- İş yeri: Lökbatan qəsəbəsi və Nizami rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1500 - 1800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.