Caspensol MMC Topoqraf
Posted 12 h ago Source ↗
Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri
- Topoqrafik ölçmə işlərinin aparılması və koordinatların müəyyən edilməsi.
- GPS, Total Station və digər geodeziya avadanlıqları ilə sahə ölçmələrinin icrası.
- Topoqrafik planların, xəritələrin və ölçü hesabatlarının hazırlanması.
- Tikinti sahəsində layihəyə uyğun ölçmə və nişanlama işlərinin aparılması.
- Yerinə yetirilən işlərin layihə və normativ tələblərə uyğunluğunun yoxlanılması.
- İcra olunmuş işlərin sənədləşdirilməsi və hesabatların hazırlanması.
- Sahədə podratçıların gördüyü ölçmə işlərinə nəzarət və koordinasiya.
Tələblər
- Geodeziya, Topoqrafiya və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil.
- Minimum 5 il iş təcrübəsi.
- GPS, Total Station, Nivelir və digər geodeziya cihazları ilə işləmək bacarığı.
- AutoCAD, Civil 3D, Leica Geo Office və ya oxşar proqramlarda işləmək bacarığı.
- Sahə təcrübəsinin olması mütləqdir.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə və detallara diqqət.
- Məsuliyyətli və intizamlı.
- Komanda ilə işləmək bacarığı.
- Operativ qərarvermə və təşəbbüskarlıq.
- Vaxtın düzgün idarə olunması.
İş yeri: Bakı şəhəri Qış Parkının yanı
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Topoqraf” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
C 

Caspensol MMC