Ecomag LTDEcomag LTD

Tullantıların çeşidlənməsi üzrə mütəxəssis / koordinator

Posted 4 h ago Source
Monthly salary
Salary negotiable
Application deadline
30 iyul 2026

About this role

Tullantıların çeşidlənməsi üzrə mütəxəssis/koordinator – istehsalat, tikinti və ya tibb müəssisələrində bərk məişət tullantılarını ətraf mühit standartlarına və qanunvericiliyə uyğun idarə olunmasını, çeşidlənməsini həyata keçirir

Vəzifə öhdəlikləri:

  • Tullantıların növünə və tərkibinə görə (plastik, şüşə, metal, kardon və s.) qruplaşdırılması, xüsusi qablarda saxlanılmasını təmin etmək.

  • Azərbaycan Respublikasının "Tullantılar haqqında" Qanununa və Ekologiya və Təbii Sərvətlər Nazirliyi standartlarına riayət olunmasını təmin etmək, müvafiq hesabatları və sənədləşdirmələri aparmaq.

  • İşçi heyətinə tullantıların təhlükəsiz idarə olunması və çeşidlənməsi qaydaları üzrə təlimlər keçmək, təhlükəsizlik və ekoloji qaydalara nəzarət etmək.

  • Layihə çərçivəsində bütün fəaliyyətlərin yerli qanunvericiliyə, beynəlxalq standartlara (ISO 14001 və s.) və şirkətin siyasətinə uyğun həyata keçirilməsini təmin etmək.

  • Ətraf mühit üzrə tələblərə əməl olunmasına gündəlik nəzarət etmək və müntəzəm monitorinqlər aparmaq.

  • Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün düzəldici tədbirlər hazırlamaq.

  • Dövlət qurumları və müvafiq orqanlarla zəruri hallarda əlaqə saxlamaq.

  • İşçilərə tullantıların idarə olunması, çeşidlənməsi, qəza hallarında davranış qaydaları və ətraf mühitin qorunması barədə maarifləndirici təlimatlar vermək.

  • Ətraf mühitlə bağlı qəza və insidentlərə qarşı fövqəladə tədbirlər planı hazırlamaq.

  • Layihə çərçivəsində riskləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər təklif etmək.

  • Tullantıların çeşidlənməsi sahəsində innovativ və davamlı həll yollarının tətbiqini həyata keçirmək.

  • Tullantıların çeşidlənməsi üzrə monitorinq nəticələrini sənədləşdirmək və rəhbərliyə təqdim etmək.

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizəddən tələb olunanlar:

  • Komanda ilə işləmə bacarığı

  • Professional bacarıqlar və kompetensiyalar: 

  • Nəqliyyat vasitəsinin olması mütləqdir.

Biz nə təklif edirik

  • Sabit əmək haqqı.

  • Koorperativ nömrə şirkət tərəfindən qarşılanır

  • Effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi;

  • Rəsmi qeydiyyat və stabil iş qrafiki (09:00 – 18:00);

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri

Namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına “Tullantıların çeşidlənməsi üzrə mütəxəssis/koordinator” başlığı ilə göndərmələrini xahiş edirik. 

Əlaqə nömrəsi: +994 50 275 42 92

Ecomag LTD
Ecomag LTD

Müəssisəmiz 2023-cü il Dekabr ayında təsis edilib. Müəssisəmiz təmizlik xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

Similar jobs

See all