PHSProtecht Horeca Services MMC

Usta Köməkçisi (Texnik)

Bakı Posted 1 w ago Source
Full-time Under 1 year Engineering
Monthly salary
₼500 – 600
Application deadline
10 dekabr 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş barədə məlumat:

"ProTecht Horeca Services" olaraq komandamıza sənaye mətbəxi, camaşırxana və soyutma sistemləri sahəsində inkişaf etmək istəyən gənc və enerjili texniklər axtarırıq!

Biz "çağırış ustası" modeli ilə deyil, korporativ və premium mühəndislik standartları ilə işləyirik. Əgər texniki sahəyə marağınız varsa və gələcəyin peşəkar mühəndis-ustası olmaq istəyirsinizsə, bu şans sizin üçündür! İş təcrübəsinin olması önəmli deyil – bütün iş prosesi peşəkar ustalarımızın yanında sizə sıfırdan öyrədiləcək.
Vəzifə öhdəlikləri:

Peşəkar ustanın (baş texnikin) rəhbərliyi altında otel və restoranlarda (HoReCa) avadanlıqların quraşdırılması, diaqnostikası və təmirində yaxından iştirak etmək;

Avadanlıqların elektrik, mexanika və su kommunikasiya xətlərinin çəkilməsinə və yoxlanılmasına köməklik göstərmək;

Profilaktik baxış (SLA) proseslərində iştirak etmək və texniki alətlərlə səliqəli davranmaq.

Biz nə təklif edirik:

Təcrübəli mühəndis və ustalardan sənayenin sirlərini öyrənmək imkanı;

Davamlı öyrənmə nəticəsində gələcəkdə "Peşəkar Usta" kimi karyera inkişafı və gəlir artımı;

Sabit əməkhaqqı və rəsmi sənədləşmə;

Xüsusi "ProTecht" korporativ forması və lazımi texniki təchizat.

Tələblər:

Təhsil : Orta
İş təcrübəsi : 1 ildən aşağı
Yaş : 18 - 35
Cins : Kişi
Namizədə tələblər:

İş təcrübəsi tələb olunmur (Sahə üzrə bütün lazımi biliklər iş prosesində öyrədiləcək);

Avadanlıqların ilkin montaj və demontajı üzrə anlayış;

Santexnika (su kommunikasiya xətləri) üzrə baza bilikləri;

Elektrik işləri üzrə ilkin biliklər (Xüsusilə 3 faza ilə işləmə anlayışının olması mütləqdir);

Öyrənməyə və inkişafa yüksək həvəs, verilən tapşırıqları dəqiq icra etmək bacarığı;

Məsuliyyət, nizam-intizam və komandada işləmək bacarığı.

Gənc və Fiziki sağlam.
PHS
Protecht Horeca Services MMC

Similar jobs

See all
Apply