Verilənlər bazalarının idarə edilməsi üzrə mütəxəssis
About this role
Təsvir
- Verilənlər bazaları üçün optimal konfiqurasiya və idarəedilməsi;
- İnkişaf və test mühitləri arasında keçidlərin təmin edilməsi;
- Verilənlər bazalarında yüksək əlçatanlılıq texnalogiyaların tətbiq edilməsi;
- Verilənlər bazalarına giriş üçün istifadəçi adlarının yaradılması və müvafiq icazələrin verilməsi;
- Verilənlər bazalarında ehtiyat nüsxə çıxarma mexanizmlərinin tətbiq edilməsi;
- Verilənlər bazasının performansını monitorinq edərək, ləngimələrin və problemlərin aşkar edilməsi;
- SQL sorğularının optimallaşdırılması və indeksləmə strategiyalarının tətbiq edilməsi;
- Fəlakət anı planlarının hazırlanması və test edilməsi;
- Verilənlər bazasının audit loglarını təhlil edərək mümkün təhlükəsizlik zəifliklərinin aşkarlanması;
- Verilənlər bazalarının performansın və bloklama problemlərinin diaqnostikası və həll edilməsi;
- İstifadəçilər və tətbiqetmə komandalarından gələn müraciətlərin araşdırılması və həll edilməsi;
Tələblər
- Ali təhsil;
- Minimum 1-2 il MSSQL, PostgreSQL və MongoDB üzrə idarəetmə təcrübəsi;
- T-SQL, PL/pgSQL və NoSQL üzrə biliklər;
- Ehtiyat mərkəzdə verilənlər bazalarının konfiqurasiyası və ehtiyat mərkəzə keçid üzrə təcrübə;
- Təhlükəsizlik və audit;
- Database serverlərdə yüksək əlçatanlılıq texnalogiyalarının tətbiq edilməsi;
- Backup və Recovery prosesləri üzrə biliklər;
- Linux və Windows serverlərində verilənlər bazalarının idarəedilməsi;
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…