Xadimə
About this role
* Əmək haqqı: 500–600 AZN (təcrübəyə uyğun müəyyən edilir).
* İş qrafiki: 6 günlük iş həftəsi.
* İş saatı: 09:00 dan–19:00 dək.
* Nahar fasiləsi verilir.
* Mehriban kollektiv və rahat iş mühiti.
* İş yeri: Bakı şəhəri, Nəsimi rayon
Öhdəliklər
* Mağazanın gündəlik təmizliyini və səliqəsini təmin etmək;
* Döşəmə, vitrin şüşə və mebellərin təmizliyinə nəzarət etmək;
* Sanitar qovşağın və mətbəx hissəsinin gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək;
* Zibilin vaxtında çıxarılmasını və təmizlik vasitələrinin düzgün istifadəsini təmin etmək;
* Mağazada olan digər məhsulların yerləşdiyi sahələrin təmiz saxlanılmasına diqqət yetirmək;
* Gün ərzində mağazada yaranan çirklənmələri operativ şəkildə aradan qaldırmaq;
* Rəhbərlik tərəfindən verilən işlə bağlı tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
* Müştərilər üçün hər zaman təmiz, səliqəli və xoş mühit yaratmaq.
Tələblər
* Təmizlik işçisi və ya oxşar sahədə iş təcrübəsinin olması arzuolunandır;
* Səliqəli, məsuliyyətli və intizamlı olmaq;
* Təmizliyə və gigiyena qaydalarına ciddi riayət etmək;
* Komandada işləmək bacarığı;
* Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
* Fiziki cəhətdən aktiv və işləməyə həvəsli olmaq;
* Nəzakətli və xoş ünsiyyət bacarığına malik olmaq.