Xarici Satınalma Mütəxəssisi
About this role
Grinco MMC beynəlxalq satınalma sahəsində peşəkar təcrübəyə malik Xarici Satınalma Mütəxəssisi axtarır.
Əgər beynəlxalq bazarlarda məhsul araşdırılması, xarici istehsalçılarla danışıqların aparılması, satınalma proseslərinin idarə edilməsi və etibarlı təchizat zəncirinin qurulması sahəsində təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
Xarici bazarlarda məhsul və istehsalçı araşdırmalarının aparılması;
Çin, Türkiyə, Avropa və digər ölkələrdən yeni təchizatçıların müəyyən edilməsi və qiymətləndirilməsi;
Qiymət sorğularının (RFQ) hazırlanması və təchizatçılara göndərilməsi;
Təkliflərin qiymət, keyfiyyət, çatdırılma müddəti və kommersiya şərtləri üzrə təhlil edilməsi;
Xarici təchizatçılarla qiymət və müqavilə şərtləri üzrə danışıqların aparılması;
Satınalma sifarişlərinin hazırlanması və icrasının istehsaldan son təhvilə qədər izlənilməsi;
Logistika, daşınma və gömrük proseslərinin koordinasiya edilməsi;
Məhsulların texniki göstəricilərinin, kataloqlarının və sertifikatlarının təhlili;
Alternativ istehsalçı və məhsulların araşdırılması;
Xarici tərəfdaşlarla yazılı və şifahi işgüzar yazışmaların aparılması;
Satınalma fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
Ali təhsil;
Xarici satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
İngilis dilini sərbəst, rus dilini isə yaxşı səviyyədə bilmək (yazılı və şifahi);
Digər xarici dilləri bilmək üstünlük hesab olunur;
Microsoft Office, xüsusilə Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
Alibaba, Made-in-China, Global Sources və digər beynəlxalq B2B platformaları ilə işləmək bacarığı;
Beynəlxalq ticarət qaydaları (Incoterms), logistika və idxal prosesləri üzrə bilik;
Analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Operativ, məsuliyyətli və nəticəyönümlü iş prinsipi.
Şirkət tərəfindən təklif olunur
Əmək haqqı: 1.200 – 1.700 AZN (namizədin bilik və təcrübəsinə uyğun);
Bonus və motivasiya sistemi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Beynəlxalq istehsalçılar və təchizatçılarla işləmək imkanı;
Müasir, dinamik və peşəkar iş mühiti.
İş şəraiti
İş yeri Grinco MMC
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1 (Nobel Otelin yanı)
İş qrafiki: Bazar ertəsi – Cümə / 08:30 – 17:30
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına "Xarici Satınalma Mütəxəssisi" mövzusu ilə göndərə bilərlər.
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq…