A AGECAGEC

Xərclərə Nəzarət və Performans Hesabatlılığı üzrə Mütəxəssis

Posted 1 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
21 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • İş yeri: Bakı, Azərbaycan

  • Şirkət: “Clean Energy Cəbrayıl” MMC

  • İş rejimi: Tam ştat

  • Hesabat verir: Layihə Direktoru, Direktor

İşin Xülasəsi

  • Bu vəzifənin əsas məqsədi bərpa olunan enerji layihələrinin uğurlu icrasını təmin etmək üçün effektiv xərc nəzarəti, dəqiq maliyyə proqnozlaşdırılması və vaxtında performans hesabatlılığını həyata keçirməkdir.

Vəzifə Öhdəlikləri

  • Layihə idarəetmə komandası ilə birgə layihə büdcəsinin hazırlanması, idarə olunması və yenilənməsini təmin etmək.

  • Layihə xərclərini və öhdəliklərini təsdiq edilmiş baza büdcəsi və WBS-ə uyğun olaraq izləmək.

  • Dəyişikliklərin maliyyə təsirlərini qiymətləndirərək dəyişikliklərin idarə edilməsi prosesinə dəstək vermək.

  • Faktiki xərclərlə büdcə arasındakı fərqləri təhlil etmək və düzəldici tədbirlər təklif etmək.

  • Layihə risk reyestrini izləmək və mümkün xərc fərqləri üzrə proqnozlar hazırlamaq.

  • Müntəzəm sahə səfərləri həyata keçirmək və fiziki irəliləyişi yoxlamaq.

  • Təchizatçı və podratçı hesab-fakturalarını yoxlamaq və təsdiqləmək.

  • Xərc proqnozlarını faktiki göstəricilər əsasında yeniləmək.

  • Hesabat sistemlərində məlumatların düzgünlüyünü təmin etmək.

  • Yeni komanda üzvləri üçün xərc nəzarəti üzrə təlimlər keçirmək.

Performans Hesabatlılığı

  • Layihənin xərc və performans göstəriciləri üzrə hesabat və panel hazırlamaq.

  • Həftəlik və aylıq status, irəliləyiş, trend, fərq və proqnoz hesabatları hazırlamaq.

  • Layihə dəyişiklikləri və onların təsirlərini hesabatlandırmaq.

  • Earned Value Management (EVM) metodologiyasının tətbiqinə dəstək vermək.

  • Xərc və cədvəl performansı üzrə KPI-ların hazırlanmasına dəstək göstərmək.

  • Layihə icmalı və hesabat görüşlərini dəstəkləmək.

Maraqlı Tərəflərlə Əməkdaşlıq

  • Mühəndislik, satınalma və tikinti komandaları ilə əməkdaşlıq etmək.

  • Maliyyə və mühasibatlıq şöbələri ilə xərclərin uzlaşdırılmasını təmin etmək.

  • Audit və uyğunluq yoxlamalarına dəstək vermək.

  • Sahə komandaları ilə koordinasiyanı təmin etmək.

  • Direktorlar Şurası və investorlar üçün təqdimatların hazırlanmasına dəstək vermək.

Namizədə tələblər

  • Mühəndislik, Maliyyə, Tikinti İdarəetməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;

  • Böyük infrastruktur, EPC və ya enerji layihələrində minimum 3 il iş təcrübəsi;

  • Bərpa olunan enerji layihələrində təcrübə üstünlük hesab olunur;

  • PMO sahəsində təcrübə üstünlük hesab olunur;

  • Xərc idarəetməsi və layihə nəzarəti sistemləri üzrə bilik;

  • Maliyyə prinsipləri və layihə mühasibatlığı üzrə biliklər;

  • Excel, məlumatların təhlili və Power BI üzrə yüksək bacarıqlar;

  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

  • Eyni vaxtda bir neçə qısamüddətli layihələrə operativ dəstək göstərmək bacarığı.

Maraqlanan namizədlər öz CV və müşayiətedici məktublarını, mövzu hissəsində vakansiyanın adını göstərməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.

Similar jobs

See all