Arzum Beauty Xəzinədar
About this role
Arzum Beauty-dən vakansiya: Xəzinədar tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərin ödənişlərini nağd və ya nağdsız şəkildə qəbul etmək.
– Hər iş gününün əvvəlində və sonunda kassa məbləğini yoxlamaq və sənədləşdirmək.
– Verilən məbləğin düzgün hesablanmasını və qalıq pulun qaytarılmasını təmin etmək.
– Gündəlik satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
– Kassa aparatının, POS-terminalın və digər ödəniş sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək.
– Müştəri məmnuniyyətini qorumaq üçün etik və nəzakətli xidmət göstərmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ilə kimi
– Yaş həddi: 23-30 arasında namizədlər
İş şəraiti:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 10:00-dan 22:00-kimi (növbəli qrafik)
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xəzinədar” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
– Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
