ALM Abşeron Logistika MərkəziAbşeron Logistika Mərkəzi

Xidməti avtomobil sürücüsü

Posted 21 h ago Source
Logistics
Monthly salary
Salary negotiable
Application deadline
16 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

“Abşeron Logistika” MMC “Xidməti avtomobil sürücüsü” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Təhkim ediləcək avtomobilin (18 nəfərlik) təhlükəsiz və düzgün idarə olunması;
  • Avtomobilin texniki göstəricilərinə uyğun Mərkəz ərazisində veriləcək tapşırıqların icrası;
  • Avtomobilin təmizliyinə, texniki vəziyyətinə gündəlik nəzarət etmək;
  • Yanacaq və texniki xidmət qaydalarına riayət etmək;
  • Sərnişinlərin, qonaqların təhlükəsizliyini təmin etmək;
  • Avtomobildən istifadə edən sərnişinlərilə mədəni, xoş ünsiyyət qurmaq;
  • Mərkəzin etika qaydalarının aşılanmasında nümunə olmaq;
  • Şəxsi gigiyena qaydalarına ciddi əməl etmək;
  • Xidməti geyimdən istifadəni təmin etmək.

Namizədə qarşı tələblər:

  • Minimum orta təhsili olmalı;
  • “BCD” kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir;
  • Sərnişin daşıma avtomobilinin idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmalı;
  • Xoş ünsiyyətli, komandada işləmək bacarığı olmalı.

Peşəkar tələblər:

  • Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını bilməli;
  • Nəqliyyat vasitəsində təhlükəsizlik qaydalarını bilməli;

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalı üzərindən və ya CV formalarını Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməklə müraciət edə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidməti avtomobil sürücüsü” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

ALM Abşeron Logistika Mərkəzi
Abşeron Logistika Mərkəzi
Nəqliyyat və anbar təsərrüfatı

Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya…

Similar jobs

See all