Sirab Satış və Dağıtım MMC Yük maşını sürücüsü (İsuzu, Hyundai)
About this role
Sirab Satış və Dağıtım MMC-dan vakansiya: Sürücü tələb olunur
Vəzifə öhdəlikləri:
– Daşınan yükləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırması;
– Məhsulların fakturalara uyğun müşdərilərə təhvil verilməsi;
– Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
– Daxili Əmək İntizam Qaydalarına riayət etməsi;
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: İsuzu və Hyundai markalı yük avtomobillərini sürməyi bacaran;
– Yaş həddi: 25-45;
– Sürücülük vəsiqəsi: BC;
İş rejimi:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 08:00-dan 18:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” yazaraq [email protected] epoçt ünvanına ya da (055)900-05-51 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil

Sirabın hekayəsi 1950-ci illərdə Naxçıvanın saf və zəngin mineral su yataqlarından başlayır. Sirab – 1950-dən bu günə qədər hər damlasında həyat var . "Sirab Satış və Dağıtım" Şirkəti mərkəzi satış…