NW North WestNorth West

Zəif Cərəyan və Avtomatika Sistemləri üzrə Layihəçi Mühəndis

Posted 21 h ago Source
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
8 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə Öhdəlikləri

  • Binadaxili və sahədaxili zəif cərəyan sistemlərinin (yanğın siqnalizasiyası, təhlükəsizlik siqnalizasiyası, videomüşahidə (CCTV), giriş nəzarəti (Access Control), quruluş-kabel sistemi (SKS), lokal şəbəkə (LAN) və s.) layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
  • Bina avtomatikası (BMS - Building Management System) və mühəndis sistemlərinin dispetçerləşdirilməsi (mərkəzləşdirilmiş monitorinq və idarəetmə) layihələrinin hazırlanmasını idarə etmək.
  • Ventilyasiya, isitmə-soyutma (HVAC), nasosxana və digər mühəndis avadanlıqlarının avtomatlaşdırılması (idarəetmə şkafları, sensor və aktuatorların seçilməsi, idarəetmə alqoritmlərinin tərtibi) üzrə texniki həllərin hazırlanmasını təmin etmək.
  • Səsli xəbərdarlıq (yanğın zamanı təxliyə) və ictimai bildiriş (PA) sistemlərinin layihələndirilməsini idarə etmək.
  • Videomüşahidə, giriş nəzarəti və periметr mühafizə sistemlərinin texniki tapşırıqlarının hazırlanmasını təmin etmək.
  • Server otaqları, telekommunikasiya qovşaqları (kross-otaqlar) və data-mərkəzlərin texniki həllərini hazırlamaq.
  • Zəif cərəyan və avtomatika xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik, su-kanalizasiya, mexanika) koordinasiyasını həyata keçirmək.
  • Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
  • Dövlət qurumları (o cümlədən müvafiq nəzarət və mühafizə orqanları) və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
  • Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək, avtomatika sistemlərinin pusk-nizamlama (commissioning) işlərinə texniki dəstək vermək.
  • Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.

Tələblər

  • AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; avtomatika sxemlərinin tərtibi üçün müvafiq proqram təminatı (məs. EPLAN, CODESYS və s.) ilə iş təcrübəsi üstünlükdür.
  • Texniki sənədlərin hazırlanması üçün Word və Excel.
  • Yanğın siqnalizasiyası, videomüşahidə, giriş nəzarəti, SKS sistemləri, həmçinin bina avtomatikası (BMS), PLC və SCADA sistemləri üzrə dərin bilik və layihələndirmə təcrübəsi.
  • SNiP, SP, AzDTN və digər normativ bazaya (o cümlədən müvafiq beynəlxalq standartlar - EN, TIA/EIA) yüksək səviyyədə bələdlik.
  • Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
  • Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
  • Telekommunikasiya, informasiya-kommunikasiya texnologiyaları, avtomatika-telemexanika və ya elektrik mühəndisliyi üzrə ali texniki təhsil.
  • Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
  • Yaşayış binaları, məktəb və bağçalar, sənaye obyektləri, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.

Muraciətinizi  [email protected] və ya [email protected] elektron poçt ünvanlarına  “Layihəçi Mühəndis (Low voltage)” başlığı ilə göndərməklə edə bilərsiniz.

NW North West
North West
Tikinti

Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət…

Similar jobs

See all