Stark Technology Anbardar
Опубликовано 14 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- Malların və avadanlıqların anbara qəbulunun, sistemli yerləşdirilməsinin və təhvilinin həyata keçirilməsi;
- Şirkətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların operativ uçotunun aparılması və hesabatlılığın təmin edilməsi;
- Mədaxil və məxaric məhsullar üzrə bütün zəruri sənədləşmə prosesinin təmin edilməsi;
- Anbar sahəsinin səliqə, təsnifat, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına uyğun saxlanılmasına nəzarət edilməsi;
- Mütəmadi (dövri) inventarizasiya və sayım proseslərinin aparılması, eləcə də bu proseslərdə aktiv iştirak edilməsi;
- Sayımlar və qəbul zamanı aşkar olunmuş çatışmazlıqlar, artıqlıqlar və digər uyğunsuzluqlar barədə rəhbərliyə rəsmi hesabatların verilməsi;
- Məhsulların və mal-materialların xüsusiyyətlərinə uyğun olaraq düzgün yerləşdirilməsinin və fiziki qorunmasının təmin edilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 5 günlük iş həftəsi;
- Əmək haqqı 900-1100 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
- Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb);
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyət və operativlik;
- Komanda ilə işləmək və riyazi təfəkkür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
ST 

Stark Technology