Anbardar- Gəncə
О должности
İş şəraiti
İş yeri: Gəncə şəhəri
İş şəraiti: Standart- ofis
İş rejimi: 5 günlük 09:00-18:00
Əmək haqqı: 800 AZN
Namizədə tələblər:
Təhsil: Ali təhsil;
Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə;
Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
Kompüter bacarığı: MS Office və 1 C proqramı üzrə biliklər.
Digər tələblər:
Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Mal-materialların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılmasını təmin etmək;
Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
Materialları mühafizə olunan yerə aparmaq və eyni zamanda görünüşü, keyfiyyəti, təyinatı və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq;
Mal-materialların saxlanma şəraitinə nəzarət etmək;
Mal-materialların xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsini təşkil və təmin etmək;
Mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazlarının quruluşunu və onların işə yararlığının yoxlanılmasını təmin etmək;
Mal-materialın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunmasını təmin etmək;
Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik etmək;
Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini arxivləşdirmək;
İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə şəhəri-Anbardar” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.