F
FBCO MMC

Anbardar (Part-Time, Boğça Lab, Mərdəkan)

Опубликовано 2 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Логистика

О должности

İş Yeri: FBCO LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu Mərdəkanda yerləşən logistika mərkəzində FBCO şirkətinə aid İstehsalat sahəsinin anbarında və kafe və restoranların anbarlarında (Gloria Jeans, Le Pain Quotidien, Boğça, Emporium) xammal qəbulu, saxlanılması və istehsalata və kafe/restoranlara təhvil verilməsinin təşkili.
  • Anbar üçün sifarişlərə dair sorğuların yazılması.
  • Xammal qəbulu zamanı faktiki say və çəkilərin düzgünlüyünə nəzarət.
  • Xammalın düzgün formada saxlaılmasını təmin etmək.
  • Qəbul olunmuş xammalların sistemə düzgün işlənməsinə nəzarət etmək.
  • İstehsalat sahəsinə tələb üzrə xammal və qablaşdırmanın təhvil verilməsi.
  • Sistem üzrə transferlərin düzgün və vaxtında edilməsi, rüblük sayımda iştirak etmək və anbar qalıqlarına dair cavabdehlik daşımaq.
  • Xammalların çıxışı zamanı FİFO -ya nəzarət.
  • İstifadə müddətinə az qalmış və hərəkətsiz qalan məhsullar haqda istehsalata, əməliyyat menecerlərinə məlumat vermək.
  • Anbarlarda mövcud olan məhsulların, xammal saylarının və çəkilərinin ERP sistemində mövcud anbar qalıqlarına uyğunluğunu təmin etmək.
  • İstehsalat sahəsinin infrastrukturu

Tələblər

Vəzifə təsviri

  • Anbar üçün sifarişlərə dair sorğuların verilməsi:
  • Anbarlarda stok limitin yaradılması və bu stok limitə görə xammalların və məhsulların sifarişlərinə dair sorğuların təmin etmək.
  • Xammal, qablaşdırma və ya köməkçi vasitələrin anbara qəbulu:
  • İstehsalat sahəsinin sifarişi zamanı gələn xammalların anbara Xammal qəbulu proseduruna uyğun Keyfiyyət mütəxəssinin iştirakı ilə  qəbul edilməsi.
  • Xammal qəbulu zamanı faktiki say və çəkilərin düzgünlüyünə nəzarə:
  • Xammal qəbul zamanı məhsulları fakturaya uyğun olmağına nəzarət etmək. Hər-hansı bir kəsir və ya geri qaytarma barədə İstehsalat Rəhbərinə, Satış əlaqələri üzrə administratorlara və əməliyyat menecerinə məlumatın verilməsini təmin etmək.
  • Xammalın və məhsulların düzgün formada saxlanılmasını təmin etmək:
  • Anbarlara qəbul olunan bütün məhsulların üzərindəki etiket bilgilərinə uyğun şəraitdə saxlanılmasını təmin etmək.
  • Qəbul olunmuş xammalların sistemə düzgün işlənməsinə nəzarət etmək:
  • Qəbul olunan xammal fakturalarını muhasibatlığa çatdırılmasını təmin etmək, Sistem üzərində anbar stokuna düzgün oturulmasına nəzarət etmək.
  • İstehsalat sahəsinə tələb üzrə xammal və qablaşdırmanın təhvil verilməsi:
  • İstehsalat sahəsinə günün birinci yarsı lazım olan xammalların əl qaiməsi ilə təhvil verilməsi və sistem üzrə transferinin təmin edilməsi.
  • Sistem üzrə transferlərin düzgün və vaxtında edilməsi:
  • Anbarlardan çıxan xammalların transferlərini sistem üzərində vaxtında işləməli.
  • Xammalların çıxışı zamanı FİFO -ya nəzarət:
  • Xammalların anbara qəbulu, yerləşdirilməsi və anbardan çıxışı zamanı FİFO- ya (ilk girən ilk istifadə olunmalı) nəzarət etməli.
  • İstifadə müddətinə az qalmış və hərəkətsiz qalan məhsullar haqda istehsalata məlumat vermək:
  • Anbarlarda uzun müddət hərəkətsiz qalan xammal və ya istifadə müddətinə az qalmış məhsullar haqda yazılı olaraq məlumat verməlidir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Похожие вакансии

: