A
Amal Group

Anbardar (Şirvan)

Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
₼1,000+
Категория
Логистика

О должности

Vəzifə öhdəlikləri:

  • Mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialları anbardan buraxmaq; 
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlamaq;   
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq;
  • Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işlərinə nəzarət etmək;  
  • İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilmək; 
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunu aparmaq;
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək;
  • Təlimatları birbaşa rəhbərindən almaq və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına təşkil etmək; 
  • Mövcud alət və avadanlıqları yoxlamaq və hazırlamaq;
  • Malları qəbul edən zaman müəssisənin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət etmək; 
  • Məlumatları 1C proqramına düzgün və vaxtında daxil etmək;

Tələblər:

  • Təhsil: Orta və ya ali təhsil
  • İş stajı: Tikinti sahəsində anbardar kimi azı 3 il təcrübə
  • 1C proqram təminatını bilmək mütləqdir!

İş şəraiti

  • Əmək haqqı: 1000 AZN 
  • İş qrafiki: 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Şirvan (Şirvan ərazisinə yaxın ərazilərdə yaşayan namizədlər arzuolunandır)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Anbardar (Şirvan)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Похожие вакансии

: