SuperToys mağazalar şəbəkəsi Anbardar
О должности
SuperToys MMC-dən vakansiya: Anbardar tələb olunur
Vəzifə öhdəlikləri:
– Anbara daxil olan və çıxan malların qəbulunu və qeydiyyatını aparmaq;
– Malların düzgün yerləşdirilməsinə və saxlanmasına nəzarət etmək;
– Stok qalığının uçotunu aparmaq və inventar prosesində iştirak etmək;
– Anbar proqramlarında məlumatların düzgün daxil edilməsini təmin etmək;
– Anbar daxilində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək;
– Rəhbərlik tərəfindən verilən digər anbarla bağlı tapşırıqları yerinə yetirmək;
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil;
– İş təcrübəsi: Anbar sahəsində minimum 1–2 il iş təcrübəsi;
– Cins: Bəy namizədlər
– Yaş həddi: 25–35 arası namizədlər
– Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
– Anbar proqramları ilə işləmə bacarığı;
– Anbar prosesləri və stok uçotu haqqında ilkin biliklər;
– Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
– Komanda ilə işləmə və ünsiyyət bacarığı;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: Tam iş günü
– İş yeri: Sədərək TM
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-1100 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar” yazaraq [email protected] epoçt ünvanına ya da (055)457-97-17 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
