Anbardar-fəhlə (Sumqayıt filialı)
Опубликовано 20 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
JYSK komandasında karyeranıza başlayın!
JYSK – Skandinaviya mənşəli beynəlxalq pərakəndə satış şirkətidir. Dünyanın minlərlə mağazasında çalışan əməkdaşlarımızın uğurunun əsasını güclü komanda ruhu, inkişaf və qarşılıqlı dəstək təşkil edir.
Hazırda Sumqayıt filialımız üçün məsuliyyətli və enerjili Anbardar-fəhlə axtarırıq.
Sizin əsas vəzifələriniz:
- Təchizat avtomobillərinin boşaldılmasında iştirak etmək;
- Malları sənədlərə uyğun qəbul etmək, yoxlamaq və çeşidləmək;
- Məhsulları anbar standartlarına uyğun yerləşdirmək;
- Anbarda mal dövriyyəsinə (qəbul və çıxış) nəzarət etmək;
- Anbarın səliqə və təhlükəsizlik qaydalarına uyğun saxlanılmasını təmin etmək;
- Satış komandasını tələb olunan məhsullarla operativ şəkildə təmin etmək;
- Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək göstərmək.
Sizdən gözləntilərimiz:
- Fiziki cəhətdən sağlam olmaq;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komanda ilə işləməyi bacarmaq;
- Operativ və öyrənməyə açıq olmaq;
- Anbar və ya logistika sahəsində iş təcrübəsi üstünlük hesab olunur.
JYSK sizə nə təklif edir?
- 650 AZN əmək haqqı + bonus sistemi;
- Beynəlxalq və etibarlı şirkətdə stabil iş;
- Təlim və peşəkar inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Dəstəkləyici və mehriban komanda mühiti;
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində: "Anbardar-fəhlə (Sumqayıt)" qeyd etməyiniz xahiş olunur.
J 
JYSK
Topdansatış və pərakəndə ticarət