DI DO IT MMCDO IT MMC

Aparıcı İT biznes analitiki

Опубликовано 12 ч. назад Источник
ИТ
Ежемесячная зарплата
₼2,000+
Срок подачи
27 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • Müştəri ilə görüşlərin və ilkin tədqiqatların müstəqil aparılması, tələblərin toplanması, təhlili və formallaşdırılması.
  • Biznes proseslərinin təhlili, AS-IS və TO-BE modellərinin hazırlanması, proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
  • Həllərin layihələndirilməsi, funksional və qeyri-funksional tələblərin, biznes qaydalarının və qəbul meyarlarının müəyyən edilməsi.
  • Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması.
  • Texniki tapşırıqların hazırlanması, razılaşdırılması və icrasına nəzarət.
  • Test ssenarilərinin hazırlanması, UAT prosesinin təşkili, tələblərə uyğunluğun yoxlanılması, uyğunsuzluqların sənədləşdirilməsi və dəyişiklik sorğularının idarə edilməsi.
  • Müştəri və digər maraqlı tərəflər üçün təqdimatların keçirilməsi və həllərin nümayiş etdirilməsi.
  • Proqramçılar, test mütəxəssisləri və müştərinin texniki komandası ilə qarşılıqlı əməkdaşlıq.
  • Texniki heyət və sistemin son istifadəçiləri üçün təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi.
  • Layihə və texniki sənədlərin hazırlanması.
  • Tətbiq edilmiş sistemlər üzrə məsləhət və texniki dəstəyin göstərilməsi.

Tələblər:

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: 3-5 il
  • İnformasiya texnologiyaları, mühəndislik, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil.
  • BPMN və UML notasiyalarından ən azı biri üzrə bilik və praktiki təcrübə.
  • Korporativ informasiya sistemlərinin tətbiqi və ya hazırlanması layihələrində biznes analitiki kimi ən azı 3 illik iş təcrübəsi.
  • Məntiqi, aydın və strukturlaşdırılmış analitik və texniki sənədlər hazırlamaq bacarığı.
  • Microsoft Visio, ARIS və ya analoji modelləşdirmə alətləri ilə iş təcrübəsi.
  • SQL üzrə praktiki biliklər; SOAP və REST API, JSON/XML strukturları və veb-servislərlə iş prinsipləri haqqında bilik.
  • Korporativ informasiya sistemlərinin inteqrasiyası üzrə iş təcrübəsi; inteqrasiya tələblərinin, məlumat sahələrinin uyğunlaşdırılması (mapping), autentifikasiya və xəta ssenarilərinin hazırlanması, Swagger/OpenAPI və Postman ilə işləmək bacarığı.
  • UAT prosesinin təşkili, tələblərin icrasının izlənməsi və dəyişiklik sorğularının idarə edilməsi üzrə təcrübə.
  • Layihə və tapşırıq idarəetmə sistemləri ilə iş təcrübəsi (Bitrix24, Jira, Trello və s.).
  • Agile/Scrum və Waterfall metodologiyalarının iş prinsipləri haqqında bilik və layihə təcrübəsi.
  • Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət; ingilis dilində texniki sənədləri və API spesifikasiyalarını oxuyub anlamaq bacarığı.
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları, məsuliyyətlilik, dəqiqlik və stresə davamlılıq.
  • Analitik istiqamət üzrə işi müstəqil planlaşdırmaq, müştəri ilə effektiv ünsiyyət qurmaq və komandada işləmək bacarığı.
  • Öyrənməyə və peşəkar inkişafa açıq olmaq.

Üstünlük hesab olunan bilik və təcrübə:

  • Korporativ informasiya sistemlərinin, xüsusilə elektron sənəd dövriyyəsi və insan resurslarının idarə edilməsi sistemlərinin tətbiqi üzrə iş təcrübəsi;
  • RSD (Rəqəmsal Sənəd Dövriyyəsi) sistemi ilə inteqrasiya üzrə iş təcrübəsi;
  • Korporativ və low-code sistemlərdə iş axınlarının (workflow), sənəd kartlarının, biznes qaydalarının, rol və giriş hüquqlarının sazlanması üzrə iş təcrübəsi;
  • Linux, Docker və Microsoft əməliyyat sistemləri haqqında biliklər;

Əmək şəraiti:

  • Əmək haqqı: 2 000 -2 500 AZN (net), namizədin bilik və təcrübəsindən asılı olaraq;
  • KPI-lərə çatdıqda rüblük bonus;
  • İş qrafiki: bazar ertəsindən cüməyədək, saat 09:00-18:00;
  • İş yeri: şəhər mərkəzi, Passage 1901, Nigar Rəfibəyli küçəsi 12;
  • Mehriban və peşəkar kollektiv;
  • Maraqlı layihələr və peşəkar bacarıqları nümayiş etdirmək imkanı;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Peşəkar təlimlərdə iştirak imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

Смотреть все