Aparıcı Mühasib
О должности
Gənc və dinamik komandada özünü inkişaf etdirmək və karyerasında yeni addım atmaq istəyənlər üçün fürsət!
“QAFQAZNET” MMC Aparıcı Mühasib vakansiyasın aktiv elan edir.
Vəzifə öhdəlikləri:
Sorğu üzrə göstərilən xidmətlərin və anbardan çıxan malların aylıq hesabatını hazırlayaraq təqdim etmək;
Servis və avadanlıq sənədlərin, xidmətlərin və müştəriyə aid olan məlumatın düzgünlüyünü sorğuya əsasən yoxlamaq;
Gündəlik debitor,kreditor əməliyyatlarını izləmək,səhvlər aşkar olunduğu halda Xidmət, Satış və Müştəri Əlaqələri, Təchizat, Anbar şöbələri ilə əlaqə saxlayıb səhvləri düzəltmək;
E-qaimələri ERP sistemində əvəzləşmə bölümünə mədaxil etmək;
1C proqramı və qiymətli aktlar sənədlərinə əsasən Qaimə-faktura hazırlayıb aidiyyəti üzrə göndərmək;
1C proqramı və qiymətli aktlar sənədlərinə əsasən anbarda zay,nümunə və digər səbəblərdən malların silinməsini təmin etmək;
Gündəlik bank,kassa,ədv depozit hesablarındaki vəsaitləri 1 c proqramına mədaxil etmək;
Əmək haqqı və digər xərclərin mühasibat yazılışlarını 1 c proqramına mədaxil etmək;
Xarici vendorlardan alınan malların Gömrük bəyannaməsini 1C proqramına işləmək;
Xaricdən gələn malların maya dəyərini əlavə xərclər əsasında formalaşdırmaq;
Həmçinin, özünün birbaşa və ya daha üst müdirlərinin tapşırıqlarını yerinə yetirmək;
Departamentin, habelə özünün əmək fəaliyyəti üçün yaranan əngəllərin, habelə icra dövründə yaranmış çətinliklər və ya suallarla bağlı rəhbərini məlumatlandırmaq;
Şirkətin strategiyası ilə tanış olmaq;
İcra qərarlarına düzəliş vəya dəyişikiklər ilə təmin olunmaq;
Fəaliyyəti çərçivəsində müvafiq sənədlərin arxivi , həmçinin cari ödənişlərə dair sənədləri vəya onların nüsxələrini əldə etmək;
Zəruri məlumatları rəhbərlik vəya xidmət göstərənlərlə bölüşmək;
Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
Gələn e-qaimələrin yoxlanılması və 1C proqramına işlənilməsi
Debitor və kreditor hesablaşmaların aparılması və üzləşmə aktların tərtib edilməsi
Xarici vendorlardan alınan malların Gömrük bəyannaməsini 1C proqramına işləmək
E-qaimələri ERP sistemində əvəzləşmə bölümünə mədaxil etmək
Xaricdən gələn malların maya dəyərini əlavə xərclər əsasında formalaşdırmaq
Əmək haqqı,Məzuniyyətlərin hesablanması
BTP, 1C(ERP), Excel, Word proqramlarından yaxşı istifadə etmək
E-taxes.gov.az, stat.gov.az portallarından yaxşı istifadə etmək bacarığı
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Analitik düşüncə və təhlil bacarığı
Tələblər:
Ali təhsil və ya müvafiq ixtisas
Minimum 2 illik təcrübə
Kompüter bilikləri: 1C, MS
İngilis, Rus və Azərbaycan dillərin bilmək üstünlükdü
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş rejimi:
İş yeri – Bakı, Çinar Park Biznes Mərkəzi.
İş günləri – həftənin 5 günü
İş qrafiki – 09:00 – 18:00
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.