Mətanət A Şirkətlər Qrupu Aparıcı mühasib (Bakı)
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək;
- Xammal, material, yarımfabrikat və hazır məhsulun hərəkətinin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Məhsul buraxılışı əməliyyatlarının sistemə işlənməsi və istehsalata aid müxabirləşmələrin dügünlüyünü təmin etmək;
- Məhsulun maya dəyərinin hesablanmasını və istehsal xərclərinin düzgün bölüşdürülməsini həyata keçirmək;
- İstehsalat üzrə faktiki sərfiyyatların reseptura və normativlərə uyğunluğunu analiz etmək;
- Anbar uçotu ilə mühasibat uçotunun uyğunluğunu yoxlamaq və inventarizasiya prosesində iştirak etmək;
- İstehsal tullantıları, itkilər və çatışmazlıqlar üzrə uçotun düzgün aparılmasını həyata keçirmək;
- Daxil olan e-qaimələrin və idxal əməliyyatlarının sistemə işlənməsini həyata keçirmək və e-qaimələrin təsdiq prosesinə nəzarət etmək;
- Əsas vəsaitlər üzrə əməliyyatların (satış, alış, silinmə və s.) sistemə düzgün formada işlənməsini təmin etmək;
- Vergi bəyannamələrinin (ƏDV, ÖMV, Torpaq vergisi, Əmlak Vergisi, Mədən vergisi, Vahid bəyannamə) hazırlanması və təqdim edilməsi (tələb olunduqda);
- İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formalarının hazırlanıb vergi orqanına təqdim edilməsi;
- Bütün statistik hesabatların təqdim edilməsi;
- Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunmasını təmin etmək.
Tələblər
- Təhsil: Ali (Iqtisadi təhsil);
- İş təcrübəsi: 3 ildən az olmayaraq;
- Sertifikat: PMS, IFRS-lə bağlı sertifikatlar;
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə;
- Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
- Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza 12-ci mərtəbə.
Biz nə təklif edirik:
- Əmək haqqı; Razılaşma yolu ilə;
- Dinamik və gənc komanda ilə iş imkanı.
MAŞ 

Mətanət A Şirkətlər Qrupu
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib…