Aparıcı mütəxəssis (Şəbəkə inzibatçısı)
О должности
Təsvir
· Korporativ şəbəkə infrastrukturunun qurulması, idarə edilməsi və texniki dəstəyinin göstərilməsi
· Cisco, Palo Alto, Fortinet (FortiGate), HPE (HP) və Dell istehsalçılarının şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və istismarı;
· Firewall siyasətlərinin hazırlanması, təhlükəsizlik qaydalarının tətbiqi və idarə olunması;
· LAN/WAN, TCP/IP, VLAN, STP, OSPF, BGP, VPN, NAT, Qos və digər şəbəkə texnologiyalarının idarə edilmısi;
· Şəbəkənin monitorinqi və performansının izlənməsi (Zabbix və ya analoji sistemlər vasitəsilə);
· Wireshark və digər analiz alətləri ilə trafik analizinin aparılması və nasazlıqların aradan qaldırılması;
· Telekommunikasiya və korporativ şəbəkə infrastrukturunun inkişafı və optimallaşdırılması;
· Texniki sənədlərin hazırlanması, dəyişikliklərin idarə olunması (Change Management) və insidentlərin operativ həll edilməsi.
Tələblər
· Ali təhsil (İnformasiya Texnologiyaları və ya əlaqəli sahə);
· Şəbəkə inzibatçılığı və ya İT sahəsində minimum 4-5 il iş təcrübəsi;
· Şəbəkə təhlükəsizliyi prinsipləri üzrə nəzəri və praktiki biliklər;
· Cisco, Palo Alto, Fortinet (Fortigate), HPR və Dell avadanlıqları ilə işləmək təcrübəs;
· Azərbaycan dilində sərbəst, ingilis dilində texniki sənədləri oxuma və anlama bacarığı
· CCNP Enterprise, Fortinet NSE 4 (və ya ekvivalent Fortinet Certified Professional (FCP), PCNSE (və ya Palo Alto Networks-un yeni Next-Generation Firewall Engineer) və Zabbix Certified Specialist və ya digər monitorinq sistemləri üzrə sertifikatlar üstünlük hesab olunur;
· Analitik düşüncə və problem həll etmə bacarığı;
· Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
· Məsuliyyətli, operativ və nəticə yönümlü yanaşma;
· Zabrat və Sumqayıt ərazilərinə yaxın yaşayanlara üstünlük veriləcək.
"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti " Azərsilah" Qapalı Səhmdar Cəmiyyətinə tabe müəssisə. Qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat…