Aptek müdiri
О должности
Təsvir
· İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;
· Aptekdə dərmanların iadəsinə nəzarət;
· Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
· Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;
· Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;
· Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;
· Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;
· Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
· Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək;
· Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
· Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək;
· Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;
· Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
· Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
· Müvafiq sahədə 3 il iş təcrübəsi;
· 1C proqram biliyi.
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı…