V
- Категория
- HR
О должности
İş şəraiti
- Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/Hüquq və Sənəd Dövriyyəsinin Təşkili Departamenti/Sənəd Dövriyyəsinin Təşkili Şöbəsi
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifə öhdəlikləri:
- Sənədlərin arxivə qəbulu, daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsini təmin etmək;
- Sənədlərin elektronlaşdırılması prosesində iştirak etmək, o cümlədən çeşidlənməsi və kodlaşdırılmasını həyata keçirmək;
- Tələb olunan sənədlərin elektron və fiziki formatda axtarılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
- Fiziki və elektron sənədlərin sistemləşdirilməsi, arxivləşdirilməsi və saxlanmasına nəzarət etmək;
- Saxlanma müddəti başa çatmış sənədlərin məhv edilməsi prosesində iştirak etmək;
- Arxiv anbarlarında sənədlərin düzgün yerləşdirilməsini və səliqə-sahmanın qorunmasını təmin etmək;
- İş prosesində istifadə olunan texniki avadanlıqlarla (skaner, printer, kompüter və s.) işləmək;
- Daxili qayda və prosedurlara riayət etmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Xidmət zərurəti yarandıqda bölgə ofislərinə ezam olunmaq.
Vəzifə tələbləri:
- Orta ixtisas və ya ali təhsil;
- Arxiv işi, sənəd dövriyyəsi və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
- Microsoft Office və Excel proqramlarında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı;
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.