- Категория
- Инжиниринг
О должности
Bu vəzifə müəssisədə istifadə olunan avtomatik idarəetmə sistemlərinin, PLC, SCADA və HMI həllərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətinin təmin edilməsini əhatə edir. Vəzifə sahibi avtomatika avadanlıqlarının proqramlaşdırılması, sazlanması, texniki dəstəyi və nasazlıqların aradan qaldırılması proseslərini həyata keçirərək istehsalatın dayanıqlı fəaliyyətinə töhfə verir. Eyni zamanda yeni layihələrin avtomatlaşdırma hissəsinin hazırlanması və tətbiqində iştirak edir. İş yeri Cəbrayılda olduğu üçün yalnız Cəbrayıl və ətraf bölgələrdə yaşamaq imkanı olan namizədlərin müraciətləri dəyərləndiriləcək.
Müəssisə: Sunbeverage MMC
Ümumi Tələblər
- Avtomatika, Elektrik mühəndisliyi, Elektronika, Mexatronika və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Avtomatlaşdırma sistemləri üzrə minimum 2-3 il iş təcrübəsi;
- PLC proqramlaşdırılması və sazlanması üzrə praktiki bilik və təcrübə;
- SCADA və HMI sistemləri ilə işləmək bacarığı;
- Sensorlar, aktuatorlar, tezlik çeviriciləri (VFD) və servo sistemlər üzrə biliklər;
- Elektrik sxemlərini, P&ID və digər texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
- Avtomatika və idarəetmə panellərinin quruluşu və iş prinsipləri üzrə biliklər;
- Nasazlıqların diaqnostikası və problemlərin operativ həlli bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
- Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müəssisədə mövcud olan avtomatik idarəetmə sistemlərinin fasiləsiz, etibarlı və təhlükəsiz fəaliyyətini təmin etmək;
- PLC proqramlarının hazırlanması, yenilənməsi, optimallaşdırılması və texniki dəstəyini həyata keçirmək;
- SCADA və HMI sistemlərinin sazlanmasını, monitorinqini və dayanıqlı fəaliyyətini təmin etmək;
- Sensorlar, aktuatorlar, tezlik çeviriciləri (VFD), servo sistemlər və digər avtomatika avadanlıqlarının quraşdırılması, sazlanması və istismarına nəzarət etmək;
- Elektrik və idarəetmə panellərinin montajı, qoşulması və texniki tələblərə uyğunluğunu təmin etmək;
- Avtomatika sistemlərində yaranan nasazlıqları diaqnostika etmək, problemlərin operativ aradan qaldırılmasını təmin etmək və təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görmək;
- Profilaktik baxım və texniki xidmət işlərinin planlaşdırılmasında və icrasında iştirak etmək;
- Texniki sənədləri, elektrik sxemlərini və avtomatlaşdırma layihələrini oxumaq, təhlil etmək və tətbiq etmək;
- Yeni layihələrin həyata keçirilməsi zamanı avtomatika hissəsinin hazırlanmasında, quraşdırılmasında və istismara verilməsində iştirak etmək;
- Avtomatika sistemləri üçün tələb olunan ehtiyat hissələri və komponentlərə olan tələbatı müəyyən etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
- Görülmüş işlər, aşkar edilmiş nasazlıqlar və həyata keçirilmiş tədbirlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən digər qanuni tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Müraciət üçün başlıqda “Avtomatika mütəxəssisi-Cəbrayıl” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.